sfcharity50pc || Vegan Turkish Menemen by @fatimasabirli

in hive-148497 •  3 years ago 

Steem Foods ailəsini salamlayıram.

I really appreciate @alikoc07 and steemfoods community.

Bu gün sizinlə, bizim əvəz olunmaz, çox sevdiyimiz pomidor tofu reseptini paylaşacam. Bildiyiniz kimi bu yemək türk mətbəxinə aid menemendir amma orijinal resept də yumurta istifadə olunur. Biz veqanlar olaraq yumurtanı tofu pendiri ilə əvəz edirik. Tofu pendiri soya paxlasından hazırlanmış protein qaynağıdır. Hətta sizə də, əgər qarşınıza çıxsa mütləq tofu pendiri alıb, bu resepti yoxlamağınızı tövsiyyə edirəm.

IMG-20210919-WA0015.jpg

Keçək reseptə.

Veqan pomidor tofuİnqredientlər
1 ədədsoğan
2 ədədşirin bibər
4 ədədpomidor
150 qrtofu pendiri

Duz, istiot, çili, şirin bibər tozu, sarımsaq tozu
Sızma zeytunyağı

(mən hazır doğranmış pomidordan istifadə etdim)

IMG-20210919-WA0008.jpg

İlk öncə soğanı xırda-xırda doğrayın

Daha sonra tavanı isidib sızma zeytunyağını əlavə edin

IMG-20210919-WA0009.jpg

Qızan yağa doğranmış soğanı əlavə edin

IMG-20210919-WA0010.jpg

Xırda-xırda doğranmış bibəri qızaran soğana əlavə edin

IMG-20210919-WA0020.jpg

Sonra pomidoru əlavə edin

IMG-20210919-WA0011.jpg

IMG-20210919-WA0012.jpg

Tofu pendiri əlinizlə ovub xırdalayın

IMG-20210919-WA0019.jpg

Ən son tofunu və ədviyyatları da tavaya əlavə edib qarışdırın və qapağını bağlayın. Təxminən 10/15 dəqiqə bişib, yağına düşsün.

IMG-20210919-WA0014.jpg

IMG-20210919-WA0013.jpg

Sonra boşqaba çəkin. Üzərinə istədiyiniz yaşıllıqları doğraya bilərsiniz. Mənim ən sevdiyim keşniş və yaşıl soğandır.

IMG-20210919-WA0017.jpg

IMG-20210919-WA0018.jpg

IMG-20210919-WA0016.jpg

Nuş olsun💚

Follow me on Instagram: You can get acquainted with many delicious recipes
safplanet

Sonda, bu prestijli cəmiyyətə @steemfoods@alikoc07 -yə bizə reseptlərimizi öyrənib paylaşa biləcəyimiz bu məkanı təqdim etdikləri üçün təşəkkür etmək istəyirəm.

Bu yazıdan əldə edilən mükafatların 50% -i, ehtiyacı olanlara kömək etmək və dəstəkləmək üçün @ sf-xeyriyyə hesabına gedir.

Bütün fotoşəkillərin müəllifi mənəm və Redmi cib telefonu ilə çəkilib

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

IMG_20210919_115434.jpg

Wow so much tasty👍

Thank you