sfcharity50pc | Vegan Pizza Margarita by @fatimasabirli

in hive-148497 •  3 years ago 

Hamıya kainatın gözəlliklərini arzulayıram.Bu gün sizinlə çoxumuzun sevimli yeməyi olan pizza resepti paylaşacam. Ancaq bildiyiniz kimi biz veqan ailə olduğumuz üçün, bu resepti də özümüzə uyğun, etik şəkildə hazırlayacam. Çox uzatmadan keçək reseptə

IMG-20210911-WA0023.jpg

Xəmir üçün lazım olan inqrediyentlər:
150 qr un
0.5 ç.q duz
2 ç.q quru maya
30 ml bitki yağı
40 ml ilıq su ( lazım olsa, biraz da əlavə etmək olar)

IMG-20210911-WA0010.jpg

Xəmiri yoğurub, üzərini ya streçlə, ya da dəsmalla bağlayın və 30 dəqiqə gözləyin

IMG-20210911-WA0011.jpg

IMG-20210911-WA0009.jpg

Sous üçün:
1 x.q tomat pastası və 30 ml suyu qarışdırın
Lazım olan digər inqredientlər:
3 ədəd pomidor
2 dəstə reyhan
vegan əriyən pendir

IMG-20210911-WA0012.jpg

Hazırlanma qaydası
Pomidorları doğrayırıq

IMG-20210911-WA0013.jpg

Vegan pendiri sürtgəcdən keçirdirik

IMG-20210911-WA0008.jpg

Xəmir 30 dəqiqə acıdıqdan sonra onu oxlov vasitəsilə açırıq

IMG-20210911-WA0014.jpg

IMG-20210911-WA0007.jpg

Xəmiri açdıqdan sonra mən, kənarları boş qalmasın deyə pendir qoyuram. Belə daha dadlı olur

IMG-20210911-WA0006.jpg

Sonra sobanın qabına bişirmə kağızı qoyub, xəmiri ora yerləşdiririk

IMG-20210911-WA0015.jpg

Daha sonra sousu üzərinə çəkirik

IMG-20210911-WA0016.jpg

IMG-20210911-WA0017.jpg

Reyhanları səliqəli şəkildə düzürük

IMG-20210911-WA0018.jpg

Öncədən doğradığımız pendirləri düzürük

IMG-20210911-WA0019.jpg

Pomidorları düzürük və üzərinə son toxunuş edərək reyhanı qoyub veririk sobaya

IMG-20210911-WA0020.jpg

180 dərəcəli sobada 20-25 dəqiqə bişirin

IMG-20210911-WA0021.jpg

Və Margarita hazırdır.

IMG-20210911-WA0022.jpg

Çox gözəl görüntü ilə yanaşı, dadı da əla oldu. Rəsmən pendir axırdı və yumşaq idi.
Üzərinə pesto sousu yaxıb, nuş etdik

IMG-20210911-WA0005.jpg

Sonda, bu prestijli cəmiyyətə @steemfoods@alikoc07 -yə bizə reseptlərimizi öyrənib paylaşa biləcəyimiz bu məkanı təqdim etdikləri üçün təşəkkür etmək istəyirəm.

Bu yazıdan əldə edilən mükafatların 50% -i, ehtiyacı olanlara kömək etmək və dəstəkləmək üçün @ sf-xeyriyyə hesabına gedir.

Bütün fotoşəkillərin müəllifi mənəm və Redmi cib telefonu ilə çəkilib

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

IMG_20210911_123823.jpg

Super big pizza, you gave the recipe for us, thanks for sharing, yummy pizza

Wow so much Amazing. Bon appetite👍😊

Hi : @fatimasabirli

Thank you very much for sharing your quality content in detail on the SteemFoods Community. -We gave 40% support to this post on the steemitfoods account. Congratulations ! Keep producing content in the SteemFoods Community. :)

You can support the SteemFoods Community by delegating to the -steemitfoods account. You can quickly delegate using the links below.If you are already delegating,thanks for your support. It is an automatic information message.

Quick Delegation Links:

50SP 100SP 250SP 500SP1000SP2500SP