Salam əziz Steem Foods ailəsi. Bu gün sizinlə badımcan dolması resepti paylaşacam. Bu resept olduqca faydalı və doyurucudur.
I really appreciate @alikoc07 and @steemfoods community. And I wish we will be selected to support program
İnqrediyentlər | Miqdarı |
---|---|
Badımcan | 6 ədəd |
Mərcimək | 400 qr |
Kök | 1 ədəd |
Soğan | 1 ədəd |
Sarımsaq | 3 diş |
Tomat pastası | 2 x.q |
Zeytunyağı | 10 x.q |
Ədviyyatlar: duz, istiot, oreqano, şirin bibər, çili.
İlk öncə badımcanları çəngəl vasitəsilə deşin və alüminium kağıza büküb, 180 dərəcəli sobaya qoyun.
Kök soğan və sarımsağı xırda-xırda doğrayın
Tavaya zeytunyağı töküb, soğan və sarımsağı qovurun
Sonra kökü əlavə edin
Tərəvəzlər qızardıqdan sonra 2 saat suda saxladığınız qırmızı mərciməyi tərəvəzlərin üzərinə əlavə edin
Sonra tomat pastasını su ilə qarışdırıb mərciməyin üzərinə əlavə edin. Ədviyyatları da töküb, qoyun bişsin.
20-30 dəqiqə bişdikdən sonra, üzərinə yaşıl soğan doğrayın və altını söndürün.
Sonra badımcanları sobadan çıxarıb iki hissəyə ayırın amma çalışın tam bölünməsin
Sonra içliyi badımcanların içərisinə yerləşdirib, qaba yerləşdirin və biraz zeytunyağı əlavə edin. Sonra 15 dəqiqə sobada bişirin
Bişdikdən sonra nuş edin
Nuş olsun💚
Follow me on Instagram: You can get acquainted with many delicious recipes
safplanet
Follow me on YouTube:
safplanet
Follow me on D.Tube:
safplanet
Sonda, bu prestijli cəmiyyətə @steemfoods və @alikoc07 -yə bizə reseptlərimizi öyrənib paylaşa biləcəyimiz bu məkanı təqdim etdikləri üçün təşəkkür etmək istəyirəm.
Bu yazıdan əldə edilən mükafatların 50% -i, ehtiyacı olanlara kömək etmək və dəstəkləmək üçün @ sf-xeyriyyə hesabına gedir.
Bütün fotoşəkillərin müəllifi mənəm və Redmi cib telefonu ilə çəkilib
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit