SteemFoods topluluğu üçün yarpaq dolması tarifi.

in hive-148497 •  3 years ago 

Salam, SteemFoods topluluğu. Bu gün yarpaq dolması bişirdim.

IMG_20210828_164742.jpg

Dolmanı bişirdiyim müddəti çəkmişəm. Deməli, yarpaq dolması üçün nələrdən istifadə etdim.
Yarım kq qıyma dana əti
Yüz qram yumru düyü
İki xorək qaşığı kərə yağı
Göy lobya yarpaqları
İstiot, sarıkök, duz.

Screenshot_20210828_162521.jpg

Əvvəlcə dolmanın içini hazırladım. Bunun üçün əlimdə olan malzemeləri yaxşıca qarışdırdım

Screenshot_20210828_162612.jpg

Screenshot_20210828_162557.jpg

Daha sonra yığdığım lobya yarpaqlarını qaynar suya salıb çıxardım. Bunu dolmanı bükmək rahat olsun deyə elədim.

Screenshot_20210828_162656.jpg

Artıq yarpaqlar da, iç də hazırdı. Səliqəli şəkildə dolmaları büküb bişirəcəyim qazana yığdım.

Screenshot_20210828_162537.jpg
Afiyət olsun😊

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!