SteemFoods topluluğunda ilk postum. Əzəli qidamız yumurta yeməkləri.

in hive-148497 •  3 years ago 

Salam, SteemFoods topluluğu. Burada ilk postumdur. İlk postumu da ən sadə yemək olan yumurta yeməklərinə həsr elədim. Bu gün yumurta bişirdim. Mənə 5 yumurta və kərə yağı lazım oldu. Belə bir nahar yeməyi hazırladım😊

IMG-20210824-WA0005.jpg

Əvvəlcə qayğanağı hazırladım. Bunun üçün 2 yumurtanı yaxşıca çaldım.

IMG-20210824-WA0006.jpg

Daha sonra kərə yağını tavaya tökdüm və tamamilə əriməsini gözlədim.

IMG-20210824-WA0010.jpg

Yağ tamamilə əriyəndən sonra qaynar tavaya yumurta və bir çimdik duz əlavə elədim. Qayğanağımız hazır.

IMG-20210824-WA0009.jpg

Evdə qayğanaq yox, diri yumurta xoşlayanları nəzərə alaraq onu da hazırladım. 3 yumurta götürdüm.

IMG-20210824-WA0003.jpg

Yenə də tavaya yağ töküb qızmağını gözlədim.

IMG-20210824-WA0007.jpg

Və bizim yerlərdə məşhur "qlazok" adlanan yumurtanı bişirdim.

IMG-20210824-WA0011.jpg
Cəmi 10 dəqiqəyə kalorili və ləzzətli nahar yeməyi hazır oldu. Afiyət olsun.
😊😊

IMG-20210824-WA0012.jpg

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!