steemitfoods topluluğu üçün şah plov.

in hive-148497 •  3 years ago 

Salam, steemitfoods topluluğu. Bu gün sizə bizim yerlərin şah plovunu hazırladım.
Lazım olan malzemelər:
1 kiloqram uzun düyü.
0.5 kiloqram quru lobya
1 kiloqram dana əti.
0.5 kiloqram kərə yağı.
Qarası üçün sarıkök, istiot, quru nanə, quru reyhan və alça turşusu. Plovumuz hazırdı.

Screenshot_20210903_005229.jpg

Əvvəlcə bir qazanda suyu qaynamağa qoydum. Odun peçi üstündə daha dadlı olur deyə mən də odun peçindən istifadə elədim. Suya xeyli duz atdım. Aşın suyu nə qədər duzlu olsa, düyü o qədər dadlı olur.

Screenshot_20210903_005911.jpg

Su qaynayanda düyünü tökdüm. Bişənə qədər gözləyib aşsüzənə süzdüm. Düyü artıq bişib, amma hələ dəmdə də bişməlidi.

Screenshot_20210903_005857.jpg

Aşın dibini hazırlamaq üçün qazana bir qaşıq kərə yağını töküb əritdim. Sonra bir yumurta, iki qaşıq qatıq və sarıkökü iki boşqab bişmiş düyü ilə qarışdırıb qazmaq düzəltdim.

Screenshot_20210903_005843.jpg

Screenshot_20210903_005829.jpg
Əvvəldən dana əti, quru lobya, ədviyyatlarla qarışdırılmış aş qarasını qazmağın üstünə qoydum və şah plovu dəmə qoydum.

Screenshot_20210903_005816.jpg

Bir saatdan sonra plovumuz hazırdı😊

Screenshot_20210903_005216.jpg
Afiyət olsun😊

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Mənsiz😏😏😏😏😏😏