Salamlar hamıya. Bu yazımda sizlərə Steemit platformasını istifadə edən hər kəsin bilməli olduğu Təməl Təhlükəsizlik Məsələləri haqqında danışacam.
Steemit platformasında qeydiyyatdan keçən hər bir istifadəçi üçün ən önəmli məsələ, təbii ki, hesabının təhlükəsizliyindən əmin olmaqdır. Belə ki, hesabınızın təhlükəsizliyinə nəzarət etməsəniz, bu platformaya çəkdiyiniz bütün əziyyətlər bir anda sadəcə bir heç ola bilər.
Bloqu daha oxunaqlı etmək üçün Steemit'də Təməl Təhlükəsizlik Məsələlərini aşağıdakı qaydada sıralamışam:
1. Steemit'in sizə PDF şəklində verdiyi 5 ədəd şifrə və onların önəmi haqqında
2. Bu 5 ədəd şifrəni necə daha təhlükəsiz şəkildə saxlaya bilərəm?
3. Bir hesabdan digərinə necə STEEM köçürmək olar?
4. STEEM hesabınızı necə gücləndirmək, və ya Power Up etmək?
Steemit'in sizə PDF şəklində verdiyi 5 ədəd şifrə və onların önəmi haqqında
Steemitdə qeydiyyatdan keçdikdən sonra sizə 5 ədəd şifrə verilir. Bu şifrələr sizin Steemit üzərində sahibliyinizdir. Əgər bu şifrələrdən başda Master Key və Owner Key də daxil olmaqla, hər hansısa biri başqasının əlinə keçərsə, həmin şəxs şifrədən aslı olaraq hesabınız üzərində istədiyi kimi əməliyyatlar apara bilər.
Hesabınıza daxil olduqdan sonra şifrələr bölməsinə getmək üçün WALLET düyməsinə basırsınız və aşağıdakı kimi ekran açılır:
Bu ekran rəsminin alt hissəsində qızrmızı rənglə işarələdiyim bölmələrə basmaqla hər bir şifrənizi ayrıca əldə edib saxlaya bilərsiniz.
Nəzərə alın ki, siz hesabınızdan çıxacağınız halda, əgər bu şifrələri(key) bir yerə yazıb saxlamamısınızsa, bir daha heç vaxt hesabınıza daxil ola bilməyəcəksiniz!
İndi isə gəlin şifrələrlə tanış olaq:
- Master Key - bu şifrə Steemit platformasını təhlükəsiz bir şəkildə idarə etmək baxımından ən önəmli iki şifrədən biridir. Master Key-yə sahib olan şəxs digər bütün şifrələri rahatlıqla əldə edə bilər
- Owner Key - bu şifrə digər bütün şifrələri yeniləmək üçün istifadə olunur və Master Key ilə birgə ən vacib iki şifrədən biridir. Misal, əgər Posting Key-nizi itirmisinizsə, bu şifrə ilə yenisini əldə edə bilərsiniz. Hesabınız xaker hücumuna məruz qalacağı halda, bu şifrə hesabınızı bərpa etmək üçün istifadə olunacaq.
- Memo Key - bu şifrə xüsusilə balansdan şifrəli şəkildə vəsait köçürmədə və gələn vəsaitlərin şifrəsini həll etmək üçün istifadə olunur. Göndərdiyiniz bir vəsaiti şifrələmək üçün vəsaitin əvvəlinə diyes/# işarəsini əlavə edirik. Bu haqda daha ətraflı aşağıda, transferlər bölməsində vermişəm.
- Posting Key - bu şifrə post paylaşmaq, rəy yazmaq, səs vermək, başqalarını izləməyə almaq(follow etmək) və ya başqalarını mute-səsizə almaq üçün istifadə olunur. Məsləhət görürəm ki, elə gündəlik istifadə üçün bu şifrədən başqasını istifadə etməyəsiniz. Sizə Steemit üzərində gündəlik fəaliyyətiniz üçün bu şifrə bəs edir.
- Active Key - bu şifrə vəsait köçürmələri, power up/power down əməliyyatlarını icra etmək, Steem Dolları dəyişmək, witness'lərə səs vermək və profil detallarınızı yeniləmək üçün istifadə edilir.
Bu 5 ədəd şifrəni necə daha təhlükəsiz şəkildə saxlaya bilərəm?
Şifrələriniz üçün təhlükəsiz olaraq 2 mühitdə saxlana bilər: offline və online.
Şifrələri saxlamaq mövzusu haqda öz təcrübəmdən yanaşaraq danışmaq istəyirəm. İlk öncə, qeyd edim ki, daha təhlükəsiz olmasında baxmayaraq, bu vaxta qədər heç bir Steemit şifrəmi offline olaraq saxlamamışam, yəni hansısa bir vərəqə yazmamışam. Hər zaman online mühitdə şifrələrimin təhlükəsizliyini təmin etmişəm.
Bəs yaxşı güvəndiyim online üsul hansıdır? Açığı, mən həm Steemit platformasına aid olan şifrələrimi, həmçinin də digər şifrələrimi Google Drive üzərində saxlayıram. Düşünrəm ki, Gmail şifrəm təhlükəsizdirsə, avtomatik digər şifrələrimin də təhlükəsizliyindən əmin oluram. Bunun üçün Google Drive hesabım üzərində aşağıdakı qaydada ayrıca Steemit Key adlı pafka açmışam və burada da həm pdf formatında həm də ayrıca bir Doc faylı kimi şifrələrimi saxlayıram.
Yenə də hansı üsulu seçirsiniz, seçin, şifrənizin təhlükəsizliyi sizin onlara olan nəzarətinizə bağlıdır!
Bir hesabdan digərinə necə STEEM köçürmək olar?
Deyəlim ki, hazırda hesabınıza daxil olmusunuz və balansınızda olan, qazandığınız STEEM kriptovalyutalarını kiməsə transfer etmək, köçürmək istəyirsiniz. Atacağınız addımlar aşağıdakı kimidir:
1.Wallet düyməsinə basaraq balansınızla bağlı məlumatlar bölməsinə getmək
2.WALLET bölməsinə getdikdən sonra aşağıda şəkildə göstərildiyi kimi STEEM yazısının yanındakı üçbucaq icon-a basırsınız və əməliyyat bölməsi açılır. Burada TRANSFER düyməsinə basırsınız:
3.TRANSFER düyməsinə basdıqdan sonra aşağıdakı kimi ekran açılacaq. Burada vəsaiti göndərmək istədiyiniz hesabın adını, göndəriləcək vəsaitin miqdarını və vəsaiti göndərmə səbəbini qeyd edirsiniz:
4.Son olaraq da, NEXT düyməsinə basırsınız. Bu qədər. Artıq əməliyyat həyata keçirildi:
STEEM hesabınızı necə gücləndirmək, və ya Power Up etmək?
Bundan öncəki yazılarımda Steem Power(SP) haqqında geniş və açıqlayıcı məlumatlar paylaşsam da, istəyirəm, qaranlıq məqam qalmasın deyə, bir daha izah edim. SP Steemit Platfroması üzərində sizin ən dəyərli varlığınızdır. Sizin hesabınızın nə dərəcə güclü olmasını məhz SP müəyyən edir.
Steemit'də 1 STEEM hər zaman 1 SP-yə bərabərdir(1STEEM = 1 SP). Bunu nəzərə alanda belə nəticə çıxır ki, əgər hesabınızı gücləndirmək istəyirsinizsə, SP almalısınız və SP almaq üçün də balansınızda STEEM adlanan kriptovalyuta olmalıdır. Bəs STEEM kriptovalyutasını necə əldə edirik? STEEM kriptovalyutasını siz ya post paylaşmaqla, rəy yazmaqla, ya Steemit Platformasının özündən birbaşa olaraq, ya da birjalardan alıb Steemitə transfer etməklə əldə edə bilərsiniz.
Deyəlim ki, hazırda sizin 1000 ədəd STEEM-niz var və bu STEEM-ləri SP-yə çevirib hesabınızı gücləndirmək fikrindəsiniz. Bu halda sizin balansınıza 1000 ədəd SP əlavə olunacaq və hesabınız 1000 SP dəyərində güclənəcək.
Bəs yaxşı balansımızdakı STEEM-i necə SP-yə çevirək? Bunun üçün aşağıdakı ardıcıllığı izləyin:
1. Yenə balansınızın WALLET bölməsinə gəlib STEEM yazısının yanındakı üçbucaq iconuna basırsınız. Aşağıdakı ekran açılacaq. Buradan POWER UP düyməsinə basırsınız:
2. POWER UP düyməsinə basdıqdan sonra sizi aşağıdakı ekran qaşılayacaq. Bu ekranda balansınızda mövcud olan nə qədər STEEM-i SP-yə çevirmək istəyirsinizsə, həmin miqdarı yazırsınız və POWER UP düyməsinə basırsınız:
3. POWER UP düyməsinə basdıqdan sonra da sizi aşağıdakı təsdiqləmə ekranı qarşılayacaq. Bunun məqsədi daxil etdiyiniz miqdardan əmin olmaqdır. Əgər SP-yə çevirmək istədiyiniz STEEM miqdarını da düz yazmısınızsa, OK düyməsinə basırsınız:
Bu qədər, dostlar. Artıq siz Steemit hesabınızın təhlükəsizliyini təmin etmənin yollarını, bir hesabdan başqa hesaba necə STEEM köçürülməsini və necə daha çox SP alıb balansınızı gücləndirməyi öyrəndiniz.
Oxuduğunuz üçün təşəkkür edirəm. Hər birinizə bolluca STEEM'lər! :)
Hörmətlə,
Kamran Azizov
Please describe the Q no 5 - How to power up steems with screen shots in your post by editing it.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Thank you very much, @jawad101 . I did it right now. <3
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Sayın, @alikoc07 , ben 2-ci görevimi tamamladım. Bakmanızı rica ediyorum. Önceden teşekkürler!
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Hi, @cameron99,
Your post has been supported by @svm038 from the Steem Greeter Team.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit