İzlərkən zövq alacağınız 3 film önərisi || Ən sevdiyim filmlər listimdən

in hive-179764 •  4 years ago  (edited)

Salamlar hamıya. Bəzən elə vaxtlar olur ki, bəlkə, saatlarla zövqümüzə uyğun olan film axtarırıq və hətta dostlarımıza film önərisi üçün zəng edirik. Bu yazıda izlərkən inanılmaz dərəcədə təsirləndiyim 3 film haqqında qısa məlumat verəcəm. Bu filmlər sadəcə hekayəni dinləyim, vaxt keçirim tərzi filmlər deyil. İzlədiyiniz zaman düşünəcək, öz həyatınıza da tətbiq edə biləcəyiniz xeyli şeylər öyrənəcəksiniz.

recommendable movies.png

DİQQƏT 1: SPOİLER VERMƏMİŞƏM!

DİQQƏT 2: Önəmsiz saydığım üçün filmlərin IMDB xalı, aktyorları, qazandığı mükafatlar haqqında heç bir məlumat paylaşmamışam!

Gəlin elə birinci filmdən başlayaq! :)

1. Hector and The Search for Happiness (Hektor'un Xoşbəxtlik Axtarışı) - 2014

fullhd-hector-un-mutluluk-arayisi-hector-and-the-search-for-happiness.jpg

Link to Photo

Düşünün ki, psixiatrsınız və yanınıza depressiyada olan, həyata qarşı bütün həvəsi ölən, xoşbəxt ola bilməməkdən gileylənən insanlar daha çox gəlir. Siz nə qədər cəhd etsəniz də, həmin insanlara xoşbəxtlik haqqında danışa bilmirsiniz, motivasiya verirsiniz, amma bir yerdə dirənirsiniz. Niyə? Çünki psixiatr olan siz də özünüzü xoşbəxt hiss etmirsiniz.

Gerisiniz demirəm.

Sadəcə izləyin! Peşman olmayacaqsınız. Bu vaxta qədər izlədiyim ən yaxşı 5 film hansı deyə soruşsalar, bu film həmin sıralamada yer alar.

2. The Bucket List (Ya İndi, ya Heç Vaxt) - 2007

the bucket list.jpeg
Link to Photo

Təsəvvür edin ki, cavanlığınızda-deyəlim ki, 20 yaşınızda ölmədən öncə mütləq sürətdə etməli olduğunuz şeylərin listini hazırlayıb bir vərəqə qeyd edirsiniz. İllər keçir, artıq 66 yaşınız var və günün birində həkim sizə xərçəng xəstəsi olduğunuzu, bir neçə aya öləcəyinizi deyir. Təsadüfə bax ki, siz həmin xəbərdən sonra o 20 yaşda hazırladığınız vərəqi tapırsınız. Nə hisslər keçirərdiniz?

Baxarkən insanın tüklərini ürpədən, düşündürən səhnələrlə doludur. İnsana həyat dolu anlar yaşadır! :)

3. Tracks (Çöldəki İzlər) - 2013

tracks.jpg
Link to Photo

Təsəvvür edin, Avstraliya qitəsinin ortasında Alice Spring adlanan bir yerdəsiniz. Alice Spring'dən Hind okeanına 2700 kilometrdir və siz öz limitlərinizi ölçmək, özünüzlə baş-başa qalmaq üçün bu 2700 kilometrlik yolu dəvələrlə keçməyə qərar verirsiniz. Özü də Avstraliya kimi quraq bir yerdə.

Əgər təbiət sevən, mənzərə sevən və aborijenlərlə maraqlanan birisinizsə, film tam sizə görədir. Film ilk başda sıxıcı gələ bilər, sadəcə axışına buraxıb zövq alın!

Bu qədər. Sizi əmin edirəm ki, bu filmlərə sərf etdiyiniz vaxta görə peşmançılıq çəkməyəcəksiniz. Hər 3 film həyat dolu, düşündürən və ən əsası damara işləyən filmlərdir. :)

Oxuduğunuz üçün təşəkkür edirəm! Gözəl izləmələr və bolca STEEM'lər!

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Baxaq. Dizilərdən imkan tapsaq baxaq)

Baxın, baxın. Ölkədə nə vaxt trendə baxırsan, türk diziləri. Deməli, siz də o trendə təsir edənlərə daxilsiz :D :D

Ya indi ya heç vaxtı -izləmişəm. Morqan Friman və Cek Nikolson hər ikisi şedevr yaradıb o filmlə. İnsanın əsl dəyərlərin nə olduğunu anlaması üçün sadəsə sükutla özünə baxması lazımdır. Amma gəl gör ki neçə insan bunu edir ? Çox maraqlı yazıdır. Digər filmləri də zamanla izləməyə çalışaram.

Filmin maraqlı tərəflərindən biri də iki fərqli mühitdə böyümüş, iki fərqli düşüncə tərzinə, iki fərqli imkana sahib insanın həyatları canlandırılmasıdır. Başlarına belə hadisə gəlməsə, heç yoda biri-birini görsələr, salam verməzlər. Amma birində gözəl xəyallar, digərində isə pul var və yalnızca ikisi bir araya gəlsəydi, belə hekayə alınardı.

Bəzən həyatda azcık şansın olacak, qarşına doğru insan çıxacaq.

Şans nisbi düşüncədir. Şans -bizim özümüzü layiq bildiyimizdir. Bu isə indiki yaşda yüklənən proqram deyil. Özümüzü müasir kompyuter kimi nəzərdə saxlasaq o zaman hal hazırda aktiv olan vindovs proqramı yükləməliyik özümüzə. Yaşımız artdıqca RAM və digər göstəricilərimiz artıq. Amma proqram təminatı dəyişmir. Onu yalnız silib yenidən yazmaq lazımdır. XP nin üstünə Vindovs 10 yazsan da xeyri olmur. Biri digərini işləməyə qoymur.