Qurban bayramı"nda gedə biləcək növbəti istiqamət kimi sevdiyim Kiçik Qafqaz ola bilər

in hive-179764 •  4 years ago 

IMG_20210710_221215.jpg

IMG_20210710_221229.jpg

Təəssüf edirəm ki, hələ ki, Bakı-Gəncə-Bakı qatarı bərpa edilməyib. Səyahət məsələsində o qatar xətti çox köməyə gəlirdi.

Bir neçə günlük bayram tətilini necə dəyərləndirə bilərsiniz?

Gəncə şəhərində ənənəvi Xanbağı və Nizami türbəsi ilə yanaşı İmamzadəni, Cumhuriyyət dövrü evlərini ziyarət edib göllərə doğru yol alın. Əgər şəhərdə qalmaq istəsəniz, hoteli məsləhət bilə bilərəm. Otel Tarixi karvansarada bir neçə ay olar açılıb.
Və ya şəhəri gəzib birbaşa Hacıkəndə yol ala bilərsiniz. Oradakı otelləri sınaqdan keçirməmişəm. Amma əsas odur ki, açılıblar. Kirayə evlər də var.

Göllər dedim. Çünki təkcə Göygöl və Maralgöllə kifayətlənməyin. Göygöl milli parkına yaxınlaşın və təklif olunan göllər üzrə marşrutdan istədiyinizi seçin, bələdçi ilə o göllərə yol alın. İnanın, peşman olmarsınız.

Qalmaq işini Gəncədə etməklə Gədəbəyə bir günlük səfər edə bilərsiniz. O qısa müddət içində Simens qardaşları körpülərini və Koroğlu qalasını görə bilərsiniz.

Gədəbəydə qalmağı netləşdirsəniz, əlavə olaraq Qız qalası, Mahrasa məbədi, Böyük Qaramurad kəndindəki Həmşivəngi, Haçaqayanı görə bilərsiniz.

Əslində burada variantları çox yazmaq olar. Əsas kütlənin istəyinə uyğun qeydlərdir.

Birinci variantdan yararlanıb gölləri görmənizi çox istərdim.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Azerbaycanin Her qariş torpağlari gozel ve gezmelidir