Azərbaycan çox qəribə ölkədir. Burda insanların hər bir azadlıqları mövcuddur və amma, lakin, o cümlədən və bu cümlədən sənin heç bir fərdi azadlığın yoxdur. Məsələn, birinin yanında desən ki, bəs mənim heç bir dini inancım yoxdur, səni linc edərlər. Məsələn, mən rahatlıqla deyə bilmirəm ki, mənim əcdadımın dini zərdüştlük olub, tarixən oda sitayiş ediblər.
Ərəblər bizə islamı qılınc gücü ilə yeridiblər. Kimə sübut edəsən bunu?
Bizim Novruz sevdamızın da kökü oralardan gəlir, ta qədim Zərdüşt babamızın dövründən.
Hər il mart gələndə tonqal yandırıb üstündən tullanmağı bizə ərəb öyrətməyib ki, o bizim genimizdən gəlir, tarixi köklərimiz bizi özümüz də bilmədən bağlayır oralara. İndi biz tullanmayaq da nə edək? Tullana-tullana gedirik. Mahnı sözləridir. Bizim Od məbədimiz var, Odlar ölkəsiyik. Bizi ərəblər çox şey elədi.