Sizcə hansı? Ulu olan yoxsa Tarixi şəxsiyyət olan?

in hive-179764 •  4 years ago 

Türkiyədə olarkən çox maraqlı gəlmişdi bu mənə. Xüsusilə Türkiyəyə ilk dəfə gələn hər kəsi çox təəccübləndirir. Türkiyədə hər kəsin bildiyi amma çox insanın danışmaqdan çəkindiyi bir şəxsiyyətdən bəhs edəcəm. Ölkənin hər tərəfində heykəlləri, büstləri, otaqlarda şəkilləri, adına küçələrin, prospektlərin, parkların olduğu, rəsmi görüşlərdə adından tez-tez bəhs edilən, uzun zamandır ölməsinə baxmayaraq bizi izlədiyinə inanılan, ibtidai sinif uşaqlarına and içdirilən bir liderlik kültü var.

ATATÜRK

Bəlkə bir çoxunuza qəribə gəlməyə bilər, amma xaricdən gələnlər üçün çox maraqlıdır bu liderlik kültü məsələsi. Çünki onların ölkələrində də qurduqları ölkə üçün savaşan və ölən liderlər olub amma ki heç birisində bu kült yoxdur. Yəni qısaca onların da Atatürkləri olmasına baxmayaraq onların Atatürkləri Türkiyədəki mövqedə (pozisyonda) deyil.

Əslinə baxanda Türkiyədə də hər kəsin özünə görə Atatürkü var. Kimdən soruşdumsa hərəsi fərqli bir Atatürkdən bəhs edirdi mənə. Birinin Atatürkü digərinə çox da bənzəmirdi. Amma ümumi götürəndə kimisi Tarixi şəxsiyyət olan Atatürkü, kimisi də ULU ATATÜRK`ü vəsf edirdi.

ULU ATATÜRK

Qaranlıqda millətinin üstündə bir günəş kimi doğuldu, dənizlərdən hər şeyi gördü və mavi gözləri ilə hər şeyi qucaqlayan və qurtaran. Hamı xəyanət və ya qəflət içində olanda İstiqlal Müharibəsinə tək rəhbərlik etdi, sonra yaşayacaq bir dövlət qurdu. əbədi olaraq mütləq prinsiplər üzərində, bütün türklər və hətta Türkiyə. O, Türkiyədəki fərqli sahələr üçün əbədi qüvvədə olacaq doğrular müəyyənləşdirmiş, "Kəbə ərəblərin olsun, "Çankaya bizə kifayətdir " deyərək oxunan bir QURTARICI.

TARİXİ ŞƏXSİYYƏT ATATÜRK

Osmanlı paşası və ziyalısı. Qurtuluş Savaşına rəhbərlik edən, lakin bu işin şərəfini bir çox "silahdaş" ilə bölüşən bir komandir - məsələn, Milli Mübarizəni özündən bir addım əvvəl başlayan Kazım Karabekir ilə paylaşan bir komandir. O, ölkəsini və millətini çox sevən, onların yaxşılığı üçün düşündüyü şeyi edən bir liderdir, lakin bunları edərkən dövrünün düşüncə nümunələrindən istər-istəməz müsbət və ya mənfi təsirlənmiş (məsələn, pozitivizm və avtoritar dövlət anlayışı). O, böyük dahi, cəsarətli, istedadlı və zəif cəhətləri olan və alkoqolun təsiri ilə dünyasını dəyişən bir insan.

Bu yazını oxuyub məni söyməyə başlamazdan əvvəl sizcə hansı ATATÜRK daha bilimsel? Tarixi olan mı yoxsa ULU olan mı?

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!