Salam, hər vaxtınız xeyir. @svm038 xanım, sizin təşkil etdiyiniz yarışmada iştirak etmək qərarına gəldim. Umarım ki, paylaşımımı bəyənəcəksiniz. Mən, @gulaybagirzade öyrənciyəm, Bakıda təhsil alıram. Aprelin 27-si evimizə gəldim.
Bakıda qaldığım ev çox rahat evdi, əslində o evi çox sevirəm. Amma biz daha çox bölgə həyatını sevdiyimiz üçün gəldiyimə çox sevinirdim. Ordakı ev on yeddi mərtəbəli binanın altıncı mərtəbəsindədi. Atam arxamca gəldiyində tez hazırlaşdım.
Biz şəhərdən çıxanda axşamtərəfi idi. 10 günlük kəndə getməyimin bir neçə səbəbi var idi. İlk səbəb Ramazan bayramı ilə əlaqədar tətilə buraxılmağımız idi. Həm də pandemiya ilə əlaqədar dərslərimiz distant şəkildə keçirilirdi. Yəni kənddən də internet ilə dərslərə qoşula biləcəkdim. Atamla kəndə gəldik. Otaq yoldaşım Zərifə də bizimlə gəldi.
Budur, artıq kənddəyəm. Bizdə Ramazan bayramı möhtəşəm keçirilir. Elə şirniyyatlar var ki, onların bişməsi mütləqdi. Mən gələndə anam paxlava bişirirdi. Bizim tərəflərin paxlavası çox dadlı olur. Soruşun ki, niyə?) Çünki biz tərəflərdə qoz, fındıq boldu. Paxlavanı da dadlı edən təbii ki, içliyidi. Onu da bol elədin, vəssalam:) Anam paxlavanı çox gözəl bişirir😊
Ailəm gəldiyimə çox sevindi. Artıq bir ay idi ki, getmişdim. Bu bir ay müddətində kəndimiz xeyli dəyişmişdi. Birdən birə bahar gəlmişdi. Həyətimizdə göyəm, gilas, gavalı ağappaq çiçəyə bürünmüşdü.
Səmanı görürsünüz? Masmavidi. Nə yazıq ki, elə mən gələn gün hava belə oldu. Bir də sonrakı iki gün. Mən də fürsəti dəyərləndirdim. Həyət bacada çoxlu şəkillər çəkdim. Hətta şəkil çəkdirməyi xoşlamayan bacımı da bu çəkilişlərə cəlb elədim. Xətrimə dəyməyib razılaşdı. 🤭
Dediyim kimi kəndə gəldiyimdən ikicə gün hava günəşli oldu, ondan sonra yağışlar başladı nə başladı. Ayağımızı evdən çölə qoya bilmədik. Ramazan bayramı günlərində çoxlu qonaqlarımız gəldi. Qonaq getməyi xoşlayıram. O ki qaldı, bütün ailəmizin ən sevimli məşğuliyyətinə bu bizim Qaraca pişiyimizdi. Bütün gün onun kaprizlərinə dözməklə məşğuluq:) Distant şəkildə dərslərə qoşulduğumu söyləmişdim. Qaraca heç kəsdən icazə almadan gəlib noutbukumun üstündə yerləşib.
Tətil bitdi və bu gün Bakıya qayıtdım. 10 gün ailəmlə vaxt keçirmək məni çox xoşbəxt elədi, desəm yalan olmaz. Sonda bu yarışmanı təşkil etdiyi üçün @svm038, sizə təşəkkürlər. Xoşca qalın😍
Nə yaxşı ki, 210 günü ailənizlə bölüşə bildiniz və distant dərslərdə iştirak edə bildiniz, mən çox şadam ki, Ramazan ayında ailənizin yanında ola bildiniz, salam və bərəkət sizə və sizə
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Thanks. Təşəkkür edirəm 😊
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Ailenizde geçirmiş olduğunuz her dakika çok kıymetli ve özel. Onlarla birlikte keyifli vakit geçirdiğiniz ve onları gördüğünüz için çok şanslısınız. Paylaşım için teşekkürler. ❤️🇹🇷
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Çox sağ olun♥️
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Jajajajaja me encantó la foto del gato sobre la laptop.
Ese pastel que muestra se ve genial, seguro que sabe tan bien como se ve.
Saludos.
Soy @fjjrg, Fundador de la comunidad #Scouts y sus amigos
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
😊😊
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
It's great to see you having a good time with your family and eating nice and fun food. If you can have a good time and eat some good food, then the time is better. And especially if you have a cat that you have to talk about, I believe that a very nice time can pass.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Thanks 😊My cat was very beautiful😊
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Merhaba. Topluluğumuzda paylaşım yaptığın için teşekkür ederiz. Paylaşımların bizi mutlu eder. @tugcenindolabi = Steem Women Club Turkey Mod
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Təşəkkürlər. Topluluğunuzda paylaşımlar etməyə çalışacağam🥰
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit