<div class="text-justify>. #### Salam dostlar. Hər vaxtınız xeyir. Deməli həftdə 3 gün uzaq turlar keçirik. Hər turun sonunda Pirşağı çimərliyinə baş vururuq.
Səhərlər dənizin öz ləzzəti vardır. Desəm səhərlər adam sayı axşama gələnlərdən fərqli olmur.
Deyirəm nəqədər havalar isti keçir dənizin ləzzətini dadmaq lazımdır.
Dostumuz Məhəbbət kişidə hər kəsi səhərlər dənizə gəlməyi dəvət edir. Deyir hər kəs idmanla məşğul olsa və sağlam həyat tərzi keçirsə sağlam və gümrah olar. Hə dostlar indi hər şey sizdən asılıdır. İndi isə sağollaşmağın vaxtıdır. Di gecəniz xeyirə qalsın.