Təşviş pozuntusu nədir?

in steemexclusive •  3 years ago  (edited)

Hər kəsə salam. Hal-hazırda günümüzdə cəmiyyətdə ən çox yayılmış psixoloji pozuntulardan biri də təşviş pozuntusudur. Təşviş pozuntusu əslində bədənin müdafiə mexanizmidir. Bir insan qorxanda və narahat olanda daha çox adrenalin ifraz edir. Belə hallarda hər şeyə şübhə duyur və sürətli davranır. Normal həyatda bizi qoruyan qorxu, həddindən çox və vəziyyətdən əlaqəsiz ortaya çıxarsa təşviş pozuntusuna yol aça bilər. Ən sıx görülən fizioloji əlamətləri: Ürək döyüntüsü, baş dönməsi və boğulma qorxusudur.


link to photos
Təşviş pozuntuları müalicə metodları və profilaktikası aşağıdakı formada həyata keçirilə bilər
 Təşviş pozuntusunun əslini təsvir etmək
 Təşviş pozuntusunun əhali arasında geniş yayılmasını qeyd
etmək
 Təşviş pozuntularına irsi meyilliliyin olması barədə məlumat
vermək
 Pasiyentə tam sağalmağın mümkünlüyünü bildirmək
 Təşvişi yarada bilən səbəbləri qeyd etmək (stress halları, sosial amillər, həssaslıq)
 Effektiv müalicə metodları barədə məlumatlandırmaq
 Kofein, nikotin və şokoladın istifadəsini azaltmaq
 Sakitləşdirici maddələrin istifadəsini mümkün qədər azaltmaq
 Aerobika ilə məşğul olmaq (20-40 dəqiqə, həftədə 3-5 dəfə)
 Yemək rejimi və pəhriz
 Alkoqol qəbulunu istisna etmək

link to photos
Tənəffüs məşğələsi:
 3 saniyə ərzində nəfəs almaq
 Üçə kimi sayıb 3 saniyə ərzində nəfəs vermək
 3 saniyə (nəfəs almadan) fasilə edib yuxarıda göstərənləri
təkrarlamaq
 Bu məşqi gündə 2 dəfə 10 dəqiqə ərzində etmək (heç olmasa
5 dəqiqə ərzində)
 Bu texnikadan təşviş zamanı da istifadə etmək
Təşviş pozuntusu sənə fərqli xəstəlilərin olduğunu düşündürə bilər. Hər şeyin ən pisi olacaqmış kimi hiss elətdirər. Və hər kəs təşviş pozuntusunu fərqli əlamətlərlə yaşaya bilər. Eyni olacaq deyə bir qayda yoxdur.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

spam
image.png