Quyudan çıxan Doğru - Doğru Yalan !!!

in steemix •  6 years ago  (edited)

Source

XIX əsr əfsanəsinə görə "Yalan ilə Doğru" bir gün qarşılaşırlar.
Yalan Doğruya "Bu gün nə möhtəşəm gündür " deyər. Doğru göy üzünə baxar və dərindən ah çəkərək gün həqiqətən çox gözəldir deyər. Bir yerdə xeyli zaman keçirərlər sonra bir quyunun ətrafına gəlirlər. Yalan doğruya su çox gözəldir gəl bir yerdə çimək deyir. Doğru bir daha şübhəylə yanaşar və suyu əli ilə yoxlayar və suyun həqiqətən əla olduğunu hiss edər. Soyunarlar və çimməyə başlayarlar və birdən yalan sudan çıxar və doğrunun paltarlarını geyinib qaçar. Əsəbi doğru quyudan çıxar və yalanı tapmaq və geyimini geri almaq üçün hər yerə qaçar.Dünya doğrunu çılpaq görəndə aşağılama və əsəb ilə üzünü başqa yerə çevirər. Yazıq doğru quyuya geri qayıdar utanc hissi ilə ömür boyu orada qalar və yox olar. O gündən bəri yalan doğrunun geyimi ilə dünyanı gəzər və topluluqların ehtiyyaclarını tətmin edər. Çünkü Dünya nə olursa olsun çılpaq doğrunu görməyi diləməz..

Dünyaca məşhur əsər "Quyudan çıxan doğru " Jean-Leon Gerome , 1896

Source
Source

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!