Uzun zamandır ki, Xiaomi Mi Mix 3 flaqman modeli barəsində məlumatlar gəzir. Şirkət artıq qeyd etmişdi ki, smartfonun təqdimatını Oktyabr ayında gözləmək lazımdır. Bugün isə sözügedən smartfon barəsində patent fotosu yayılıb. Həmin patent smartfon barəsində əvvəlki məlumatları təsdiqləyir. Belə ki, Xiaomi Mi Mix 3 slayder formatında hazırlanacaq. Mi Mix 3-də çərçivələr minimuma endiriləcək. Ekran üzərində çıxıntı hissədən qurtulmaq üçün şirkət ön kameranı ekranın alt hissəsinə yerləşdirib.
Əgər istifadəçi ön kameradan istifadə etmək istəsə, o, ekranı slayder telefonlardakı kimi aşağı endirməli olacaq. Ön kameradan əlavə olaraq çox güman ki, istifadəçi üzünün 3D skan texnologiyası da ekran altında yerləcək. Bununla yanaşı Mi Mix 3-də ekrana inteqrasiya olunmuş barmaq izi skanı tenxologiyasnın olacağı da gözlənilir. Təqdim olunmuş tizer fotoya əasən smartfon 15 Oktyabr tarixində təqdim olunacaq. Foto rəsmi olaraq şirkət tərəfindən təqdim edilmədiyi üçün məlumata bir qədər şübhə ilə yanaşmaq lazımdır.
Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!