Keçənlərdə tv kanallarını aşağı-yuxarı dəyişdirərək vaxt öldürürdüm. Adətən bu hansısa serialın reklam aralığını gözləyəndə olur. Yalan olmasın 1 ildən çoxdur Azərbaycanda olan yerli televiziyalara qarşı alergiyam formalaşıb, təsadüfən qarşıma çıxanda qaşınma tutur. Xülasə, sən demə bizdə "Dalğa" adlı yeni film kanalı varmış, mənim xəbərim yoxmuş.O qədər də köhnə olmayan filmləri Azərbaycan dilinə tərcümə edərək yayımlayırlar. Mən də "Aramızda kosmos var" filminə rast gəldim, vallahi imanımı yandıra bilmərəm, tərcümə elə idi.(The Space Between Us).Ölkə olaraq tv tərcümələrinə inanmırıq, məsələn, "fack you" bizim dilimizə "səni lənətə gələsən, əclaf" deyə tərcümə edilir.Burada milli,mənəvi, mədəni dəyərlər ön plana çıxır,söhbət bağlanır.Mövzudan uzaqlaşmayım.
Gələk filmin mövzusuna. Mən baxanda bir az irəli getmişdir, tam olaraq necə başlamışdı bilmirəm.Deməli NASA Marsda düşərgə qurub orya yaşamaq üçün bir neçə insan göndərir. Biri qadındı. Uçuş və oraya yerləşmə uğurla həyata keçir. Qadın kosmonavt icraçılardan hamilə olduğunu gizlədimmiş və Marsda gözlənilməyən sürpriz meydana gəlir, qadın Marsda uşaq doğur. Belə deyə bilməyəcəyiK,"dünyaya uşaq gətirir". Marsa gətirir. Doğuş zamanı qadının həyatını xilas etmək olmur. Tam bir texnologiya inqilabının pik nöktəsində olan dünyanın digər planet və yaşam aramasında olduğunu sübut edən film.
Doğuş zamanı uşaq tam oksigen almadığı üçün sümük boşluğu və ürək problemli bədənə sahib durumda. Filmdə ən çox xoşuma gələn və tez-tez səsləndirilən bir cümlə vardı, "onu alimlər böyüdüb"
Baş qəhrəmanımızın adı Gardner, tam bir zəka. Texnologiji yenilik və istifadə onun uşaq oyuncağıdır. Həyat və yaşam haqqında düşünməyə başlayır. "Anası kimdir, atası kimdir", Marsda yaşayır, hardan gəlib"? Bu cür suallar onu Yer ilə əlaqə saxlamğa vadar edir, texnologiyanın imkanlarından istifadə edərək, yer planetindən Tulsa adlı bir tələbə qızla tanış olur. Hardan gəldiyi, nə cür doğulduğunu öyrənir.Tanış olduğu qıza heç cür izah edə bilmir ki, o başqa planetdə yaşayır. Amma bir gerçək var idi, onun atası var. Marsda yaşayır, Yer palanetində tanıdığı 15 insan belə yox idi. İnsanlarla, tanış olduğu qızla nə cür rəftar edəcəyini belə bilmirdi. Gün yetişir sirrlərin üstü açılır, onu Yerə gətirməyə məcbur olurlar. Amma qanunlara, qaydalara uymalı, Yerdə onun üçün yaşamaq asan deyil, Yerin atmosferinə, təzyiqinə ürəyi və sümükləri tap gətimir. Yerdə isə tanıdığı tək insan var, sevdiyi qız - Tulsa. Nəzarətdə saxlandığı yerdən qaçır, açıq hava ona heç də yaxşı təsir etmir, ömrünə az qalıb. O isə Yer planetinə, sevdiyi qıza sübüt etmək istəyir ki, o da bizlərdən biridir. Və atasını tapmaq.
Filmin gözəl süjet xətti var, insan amili texnologiyanı üstələyir. Sevgi qalib gəlir.Bir epizod var, "Gardner gərçəkdən sən haralısan? deyə qız soruşur, "Marslıyam" deyir, kim inanar ona?
Filmə baxmağınızı önərirəm, gözəl, yaddaqalan səhnələr var. İnsanın harada olmasından asılı olmayaraq mücadilə aparması və sonda qalib gəlməsi.
Dünyanı insanlıq, sevgi, mərhəmət xilas edəcək, elə Marsı da.
Posted from my blog with SteemPress : http://revan746.steempress.net/2018/06/16/aramizda-kosmos-var-the-space-between-us/
Source
Using irrelevant tags, especially popular tags, makes it hard to find good and relevant content. Please try to use only relevant tags when posting.
steemit
steem
More information:
The Game of Tags
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Çox sağol qağa. Mən də çoxdandır bu maraqsız kanallar ucbatından televiziya adlı avadanlığı tanımıram. Ara bir film izləmək keçir könlümdən. Əla oldu. Gərək axtarıb tapım.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Dalga tv yaxsi xarici seriallarida tercume edir.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Rast gəlməmişəm, rast gəldiyim bu idi, bunu da yazdım.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Congratulations!
As a virtual prize, we gave an average of 100 different upvote.
Thank you for using SteemPress.Net
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Thanks
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit