Müasir Cırtdanın nağılı - (3-cü Hissə - Part 3)

in steempress •  6 years ago  (edited)

Salam, Əziz oxuyucular. Bugün də Sizlər üçün Cırtdanın Müasir nağıl formasınının 3-cü hissəsini Sizlər üçün hazırlayıb paylaşıram. Hər nə qədər fikirlərim bir-birini izləməsə də əlimdən gələni Sizlər üçün etməyə çalışırm. Hazırladığım nağılları bundan sonra sizlərlə paylaşacağam.

Başlayaq nağıllar aləminin nağılına Cırtdanın həyatına, yaşamına. Bəlkə də onun keçmişdən gələn müasir dünyasına. Əsərimizin qəhrəmanı olan Cırtdan öz həyatına davam edir. Gözəllikləri həyatında bir ayna kimi əks etdirən bu cavan, bacarıqlı oğlan həyat prinsipinə, başqa sözlə hədəfinə hər bir başarının sahibi olacağını qoymuşdur. Saatlar günləri qovur, Günlər saatları izləyir. Günlər bir-birini təqib edərək ayları gətirir. Ay Günəşi Günəş ayı izləyir. Beləliklə Balaca Cırtdan yavaş-yavaş böyüməyə başlayır. Öz həyatında yenilikləri artıran, bilgiləri ümman edərək həyatına davam edir. Hər nə qədər maraqlı olsa da, bütün həyatı boyu uğurlar qazansa da, onun böyüməsi ilə həyatın əsl üzünü görməsi, onda həyata qarşı olan marağı daha da artırdı. Artıq uşaq vaxtından fərqli olaraq yeniyetmə vaxtında Cırtdan düşmanlarının da olduğunun fərqinə varır. Uşaq vaxtı uğura hər kəs sevinər onu çox istəyərdi. Lakin böyüdükcə bu belə mi oldu? təbii ki xeyr. Artıq onun ətrafındakı yoldaşlar da onu qısqanmağa başlayırdılar. Onun etdikləri, onun qazandığı yarışmalar, onun bu və ya digər uğurları bəzilərinin frazaoloji baxımdan desək gözünü çıxarırdı. Bəs bundan Cırtdanın xəbəri yox idi mi? Xeyr. Təbii ki, Cırtdan da ətrafında baş verənləri görürdü. Artıq onun uğuruna sevinməyən bir toplumda yaşadığının fərqinə varırdı. Bundan heç də pis olmurdu amma. Çünki onun uğuruna sevinməyənlər, ona qazandıqlarının əslində normal olması, hər kəsin bu uğurları asanlıqla qazana bilməsi haqqında sözlər deyirdilər və bizim qəhrəmanımızın da sıradan bir insan olduğunu onun beyninə yeritmək istəyirdilər. Bunun fərqində olan Cırtdan isə heç bir kəsə aldırım etmədən öz tutduğu yol ilə gedirdi. Yenə də çox çalışır. Uğur qazanmağın çox və bəhərli çalışmaqdan ibarət olduğunu bilirdi. Əgər o dərslərini gün ərzində 5 saat oxuyub həll edirdisə, bu vaxt intervalını uzadaraq 10 saata artırmşdı. Həmçinin axtarış etməyi, başqa kitablar oxumağı, bilgilər almağı da artırmışdı. Gün keçdikcə o bir insan kimi, alim kimi, ürfan kimi biri olmağa başlamışdı. Öyrəndikləri ona bunu hiss etdirməyə də imkan tanıyırdı. Ətrafındakılar hər nə qədər onu qısqansa da, onu istəməsə də onlar da bu uğurun, bu başarılı oğlanın varlığını görür və nəsə etməyə gərək duymurdular.
Zamanlar ötür, illər keçir və bizim balaca Cırtdan böyüməyə başlayır. Böyüdükcə daha çox bilgi sahibi olur və daha çox düşünə bilir. Düşünməsi isə onun həyatda istədiklərinə varmasına, arzularına çatmasına şərait yaradır. Düşüncələr onu daha yaxşı fikirlərə, fikirlər isə onu daha yaxşı qalibiyyətlərə səsliyən bir vasitə kimi çıxış edir.

Davamı 4-cü Hissədə....

img source


Posted from my blog with SteemPress : https://sizinblog.000webhostapp.com/2018/10/09/muasir-cirtdanin-nagili-3-cu-hiss%c9%99-part-3/

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Congratulations @sizinblog ! You received a 11% upvote from @kryptoniabot & @kryptonia for your task of 500 SUP Today.

Remember to receive votes from @kryptoniabot

Run a task on Kryptonia.*Join free here Kryptonia Account
Use the tags KRYPTONIA or SUPERIORCOIN in your Steemit post.

Delegate to the Kryptonia Upvote by clicking links: 10SP , 50SP , 100SP , 500SP , 1000SP

Due to an increased amount of tasks, we have changed up the voting power to evenly spread out the Upvote amount.

WS what kind of language is it

Azerbaijani Language