İnternetdən aldığımız mallara diqqət!

in steempress •  5 years ago 


Salam dostlar bugün internet alış verişi ilə bağlı söhbət açmaq istədim. Belə ki bir ay bundan qabaq bir çin internet səhifəsindən qulaqlıq aldım. Səbrsizliklə bir aydır ki onun gəlməyini gözləyirdim. Heç zaman düşünməzdim ki bir aydır səbrsizliklə gözlədiyim bu məhsul belə zay çıxar. Elə bil ki siçan yemiş qulaqların. Deşik deşik olub. Yəni satıcı hər kimdisə xarab mal göndərmişdir. Buna görə də internet alış verişində son dərəcə nəzarətli olmaq lazımdır. Çünki satıcılar insanları çox aldadırlar. Uzaq bir ölkə səs çatmır ün yetmir. Onlar da bunu fürsət bilirəkdən bizlərə kələk gəlirlər. Aldadırlar. Saxta işlərlə məşquldurlar. Mənim bir neçə dəfə başıma gəlib. Belə ki bundan əvvəl alınan mallara edilən rəylərə baxıram çoxu əla deyirsə çalışıram elə.malı alam. Amma təəssüflər olsun ki çox insan o məhsulu sınaqdan keçirməmiş.görünüşünə aldanır və ilk dəfədən müsbət və 5 ulduzlu rəy verir. Bu da nəticədə gələcək alıcıların aldanmasına şərait yaradır.

Buna görə də sizlərdən xahiş edirəm ki, problemləri tam sınayın aldığınız zaman sonra real rəylər bildirin ki sizdən sonrakı alıcılar da baxsın və ona əsasən işlərini görsünlər.


Posted from my blog with SteemPress : https://steemitaz.000webhostapp.com/2019/03/internetd%c9%99n-aldigimiz-mallara-diqq%c9%99t

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!