Abşeron yarımadası

in hede-io •  7 years ago  (edited)

abşeron yarımadası - xəzər dənizinin qərb sahilində yerləşib, azərbaycan respublikasının ərazisində daxildir. belə hesab edilir ki, "abşeron" sözü fars dilindəki "ab" və "şoran" sözlərindən yaranmış və tərcüməsi "duzlu su" mənasını verir. əvvəllər bu ad xəzər dənizini bildirmək üçün də istifadə edilmişdir. baş qafqaz sıra dağlarının davamı olub 70-80 km məsafədə uzanaraq dənizə doğru meyillidir. abşeronun mərkəzində binəqədi yüksəkliyi, qərbi və cənub-qərbində güzdək, korgöz, badamdar və bakı yaylaları, yasamal və şubanı dağları, qurd və biləcəri yalları, yasamal və bibiheybət dərələri, lökbatan çökəyliyi və şərqə tərəf geniş düzənliklər yerləşir. yarımadanin şimal sahilində sənaye şəhəri sumqayıt, cənub sahilində isə bakı şəhəri yerləşir.

301px-caspian_sea_relief_location_map.jpg

palçıq vulkanlarına dünyanın bir çox yerlərində təsadüf etmək olar. amma palçıq vulkanların 1/3 hissəsi azərbaycanda, 16000 km² ərazidə cəmlənmişdir. əsasən abşeronun qobustan ərazisində 48 palçıq vulkanı yerləşir ki, bunlardan zəyərdağ (676 m), keçiqaya ( 641), bayanata (588 m), ilxıdağ (336 m), torağay (400 m), axtarma (512 m), yarımadanın mərkəzi və qərbində kənizdağ (393 m), otmanbozdağ (389 m), bakı qulağı (384 m), kərkəs (383 m), şabandağ (354 m), qovundağ (328 m), islamdağ (315m), qaraislam (312 m), keyrəki, kirməki, boğboğa, bozdağ-qobu, səngər, sulutəpə, kömüratan, ilxıdağ, korgöz, keçəldağ, pilpilə, quşxana, gülbaxt, qaraquş, dəvəboynu, qoturdağ və digərlərini göstərmək olar. palçıq vulkanları həmçinin neft-qaz yataqlarının müəyyən edilməsində xərcsiz başa gələn, kəşfiyyat quyusu rolunu da oynayır. tibb sahəsində də palçıq insanların əsəb sistemi, dəri və oynaq xəstəliklərinin müalicəsində uğurla istifadə edilir.

800px-qobustan_palçıq_vulkan.jpg

qoruq elan edilmiş palçıq vulkanlarından ən çox antropogen təsirlərə məruz qalanları pirəkəşkül, keyrəki, kirməki, qaradağ, daşgil, bozdağ, qobu, hökməli və digərlərinin yaxınlığında sürətlə məskunlaşma prosesi gedir. abşeronun relyefi və təbii şəraiti əhalinin məskunlaşması üçün əlverişli şəraitə malik olduğuna üçün bakı kəndlərinin əksəriyyəti burada yerləşmişdir.

abşeron yarımadasının şəhər, qəsəbə, kəndləri.

  • xırdalan
  • saray
  • mehdiabad
  • qobu
  • ceyranbatan
  • hökməli
  • güzdək
  • digah
  • masazır
  • məmmədli
  • fatmayı
  • görədil
  • pirəkəşkül
    ölkə əhalisinin təqribən 40%-i, sənaye potensialnın isə 70%-i abşeron yarımadasında cəmləşdiyi üçün həlli vacib olan ekoloji problemlərin də əksər hissəsi bu ərazidə mövcuddur.
    iqlimi əsasən mülayim isti və quru subtropikdir. ölkənin ən az yağıntılı və ən küləkli ərazilərindəndir.

Posted on Hede.io - Knowledge Sharing Dictionary
Read this entry or all entries about abşeron yarımadası.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Source
Please be mindful of country-specific tags. These tags are for articles written in that countries language or about that country.

More information:

The Game of Tags

Gözəl məqalədir.

Merhaba @famil,

Yazınız @trdaily tarafından otomatik olarak seçildi. Ve @trdaily curation trail'i takip eden
diğer üyelerden de oy aldı.

@trdaily, türkçe etikete sahip içerikleri belirli filtrelerden geçirip rastgele olarak oylayan bir bottur.

Arzu ederseniz @trdaily curation trail'e bu adresten katılabilirsiniz.

Yine görüşmek üzere! :)