Salam. Yaxşı olduğunuzu ümid edirəm. Həftəsonunu necə dəyərləndirirsiniz? Özümdən danışım sizə. Dünən tətildən sonra ilk dəfə dərsə getdim. 1ci dərsimiz çox maraqsız keçdi əlbəttə ki. Müəllim ancaq slayda baxıb danışırdı biz də yazırdıq😬 Düzü mən axırda yazmadım yalandan yazırmış kimi elədim,çünki 80 dəqiqə yazı yazmaq mümkün deyil. Hələ müəllimin 1 cümləni azı 10 dəfə başa salmağını demirəm heç-_- 2ci dərsimiz maraqlı oldu nisbətən. Ancaq bu müəllimimiz də öyrətməyi sevir və bizə çox şey öyrədəcək kimi görsənir, bu isə çox oxumalıyıq mənasına gəlir və mən bunu nə yalan deyim sevmirəm😅 Nə isə dərsdən çıxdıqdan sonra qrup yoldaşımla planlaşdırmışdıq ki, "Gazzelli Art Haus'a gedək. Lakin alınmadı. Düşündüm ki, tək gedim. Biraz dolaşdıqdan sonra fikrimi dəyişdim ki, tək maraqsız olar. Onçün birbaşa Xırdalana getdim @vefamamedova 'gilə.Günüm yenə də maraqlı sonlandı.
Uzun müddətdən sonra ilk dəfə gecə tez yatdım. Çox yaxşı hiss olduğunu unutmuşdum)
Bu gün evdə şaurma eləməyi qərara aldıq.
Dadlı alınmışdı.
Axşam da evə qayıtdım. Evə avtobus və metro ilə gəldiyimə görə metroya minməyib evə kimi gəzməyi düşündüm amma etmədim,ərincəkliyim üzərimdə idi. Bu günlük bu qədər)
10 dəfə başa saldığı cümlədə nə isə var, onu ulduzla😄
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Məhsuldan gələn qazanc,xərcdən çox olmalıdı!
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Piyada gəzmək çox superdi men bütün Gəncəni piyada gezirdim
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Hə düzdü mən də ərinmədiyim vaxtlar gedəcəyim yerlərə piyada gedirəm
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit