Yaşılllıq, parkımız, problemləri, sevdiyim yanları...

in hive-131355 •  3 years ago 

Son vaxtlar, son həftələr demək olar ki, hər gün işdən çıxdıqdan sonra parka çıxar, gəzər, gözəl anlar yaşayardım təbiət qoynunda. Bu gün isə həftəsonudur və bu həftə parka çıxmadım, gəzmədim. Bir boşluq yaranıb içimdə. Hələ ki parkda gəzən vaxtlarımdan çəkdiyim şəkillərlə təsəlli alıram.

Ağacın bol olduğu hər parkı sevsəm də, bizim park bir başqa xoşuma gəlir. Rayon yerində olsa da, çox yaxşı baxırlar parkımıza. Çeşid-çeşidli ağaclar var, təmizlik öz qaydasında, sakitlik öz yerində. Hər şeyi ilə çox yaxşıdır hələ ki.

IMG_20211201_170353.jpg

Hələ ki bircə qüsuru var parkımızın: fəvvarələrin işləməməsi, işləmək bir qırağa, ümumiyyətlə, çirki suyunun olması. Deməli, parkımızın içində 2 ədəd böyük fəvvarə olsa da, heç biri işləmir. Hələ bu vaxta qədər onları işləyən görməmişəm, bu bir qırağa.

Əsas məsələ odur ki, içində olan su hədsiz çirklidir. Əlini yumaq istədin, yumağa tərəddüd edəcəksən. İçində qurbağa belə var ha. O dərəcə başın buraxıblar.

IMG_20211207_125042.jpg

Maraqlısı odur ki, təmizliyə bu qədər riaət edən park rəhbərliyi bu su işinə ümumiyyətlə baxmır.

Nəsə, parkın su problemin bir kənara qoyaq. Parkdakı ağaclar bir möhtəşəm. Həqiqətən, çox çeşidli və səliqəlidir. Çoxusu həmişə yaşıl ağaclardır, təbii ki. Hətta ağacların çoxunun adlarını heç bilmirik. Özü də bəzi yerlərdə işıqforlar ağacın içində qalıb çox maraqlı görüntü yaranır.

Təbiət bir şəkildə yolunu tapır. :) Sevirəm ağacları, yaşıllıqları sevirəm. Yaşıllıq olan yerdə həyat var. Həyat olan yerdə isə Tanrı var.

IMG_20211207_125146.jpg

Parkımızda bir digər problemi də deyim. İnsanlar. Bəli, insanlarımız bir şəkildə parkımızı çirkləndirir. Ay balam, bu suyu içdin qabını niyə yerə atırsan axı? Həqiqətən da. Baxırsan ki, bütün ətraf gül kimi təmizdir, niyə zibilləyirsən axı?

Dünən tum çırtlayıblar, az qala bir selofan tumu yerə töküblər. Heç olmasa, bir selofan gətir, ya əlinə yığ, alınmadı, çırtlama da bunu. Bir digər yandan park rəhbərliyin də qınayıram ki, o boyda parka mən gördüyüm 2-3 zibilqabı qoyublar, hərəsi də parkın bir başında. :/

Parkları, ağacları sevək, qoruyaq! :)

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!