Salam dəyərli dostlar.
Bu gün, fevralın 1-i dünyada baş vermiş bir neçə maraqlı hadisədən yazım.
Bu gün dünyaya gələnlər:
1462- İoqan Tritemiy -alman alimi, kriptoqrafiyanın banislərindən biri.
1828- Nikolay Teleşov -ixtiracı.Dünyada ilk reaktiv təyyarə proyektin müəlliflərindən biri.
1857- Vladimir Bexterov- psixiatr, psixoloq, nevropatoloq,fizioloq.
1931- Boris Yelsin - Rusiya Federasiyasının ilk prezidenti (1991-1999).
1941- Anatoliy Firsov -rus xokkeyçi.3-qat Olimpiya,dəfələrlə Dünya və Avropa çempionu.
1942- Lev Leşenko -rus estradasının tanınmış
simalarından biri. Rusiya xalq artisti.
1965- Brendon Li -Bryus Li-nin oğlu. İdmançı, aktyor.
1968- Liza Mariya Presli -Elvis Preslinin qızı. Nikolas Keydc və Maykl Ceksonun keçmiş həyat yoldaşı.
1969- Qabriel Batistuta -tanınmış Argentinalı futbolçu.
Baş vermiş önəmli hadisələr.
1709- Sakit okeanda Xuan Fernandes arxipelaqı da kimsəsiz bir adada,Robinzon Kruzonun proobrazı olmuş Aleksandr Selkrik adlı dənizçi tapılır.
1720- İsveç və Prussiya arasında sülh müqaviləsi bağlanır.
1790- Nyu-Yorkda ilk dəfə Ali məhkəmənin iclası
keçirilir.
1793- Fransa İngiltərə və Niderlanda müharibə elan edir.
1796- Yuxarı Kanadanın paytaxtı Nyuarkdan
Yorka köçürülür.
1810- Sevilya(İspaniya) Fransızlara məğlub olur.
1814- Luson adasında vulkan püskürməsi nəticəsində Saqzava şəhəri tamamilə məhv olundu.1200 nəfər dünyasını dəyişdi.
1835- Mavrikiyada quldarlıq ləğv olundu.
1865- Amerikada quldarlığın ləğvi.
1893- Dünyada ilk dəfə Tomas Edison tərəfindən kinoçəkiliş pavilyonu yaradılır.
1908- Portuqaliyada respublikaçı-terroristlər tərəfindən kral ailəsinin güllələnməsi.
1923- Rusiyada,Petroqrad şəhərində ilk əmanət xəzinədarlığı yaradılır.
1924- Polşanın paytaxtı Varşavada ilk radio verilişi efirə gedir.
1926- Qırğız SSR-sı yaradılır.
1930- Tayms qəzetində ilk krossvord çap olunur.
1931- Mosfilmin açılışı.
1942- Alman ordusu özlərinin məxvi şifrəsi olan
"Eniqma"-nı "Triton"-a dəyişdi.
1946- Truqve Li BMT- nın ilk Baş Katibi seçilir.
Macarıstan Respublika elan olunur.
1953- Hollandiyada Şimal dənizi tərəfindən 50- yə yaxın damba yuyulub aparılır.1835 nəfər sularda batır.43min tikiliyə ziyan dəyir yada məhv olur.
1958- İlk Amerika peyki kosmosa buraxılır.
Misir və Suriya birləşərək Birləşmiş Ərəb
Respublikasını yaradırlar.
1962- Kuba Birləşmiş Amerika Ölkələri təşkilatından xaric olunur.
1968- Vyetnamda muharibə.
1979- Əyatulla Xomeyni xaricdə 15-illik sürgündən sonra İrana qayıdır.
1992- Rusiya və ABŞ arasında imzalanan Soyuq Müharibəyə son qoyan dekorasiya.
2003- Amerikada Kanaverol kosmodromunda eniş edərkən "Kolumbiya" şatlı partlayır.7 nəfər ekipaj üzvü həlak olur.
2004- Amerika və Rusiya alimləri tərəfindən Ununtriy və Ununpentiy elementləri sintez olunub.
2009- Dünyada ilk dəfə İslandiyada həmcinslə ailə qurmuş lezbiyan (Yohanna Siqurdardottir) baş nazir olub.
Bax belə,dəyərli dostlar.Bu da bizim bu günki tarixi ekskursiyamız.