Xərçəng mentaliteti

in hive-131355 •  3 years ago 

Bir gün bir balıqçı limanda oturmuşdu və vedrədəki bir neçə xərçəngin necə hərəkət etdiyini müşahidə edirdi.Hamsı dibdə qıvrılarkən arabir xərçəngin biri yuxarıya çatmaq və qaçmaq üçün yan tərəfə sürünürdü.Lakin digər xərçənglər yuxarı çıxan xərçəngi aşağı çəkirdilər. Sonra başqa bir xərçəng yuxarı qalxanda o birsi xərçənglər yenə həmin xərçəngi aşağı çəkirdilər.Vedrəyə tək qoyulan xərçəng asanlıqla dırmaşıb qaçacaq, ancaq onu bir neçə yoldaşı ilə yerləşdirdiyiniz zaman bu maraqlı hadisə baş verir: Xərçənglər bir-bir qaçmağa çalışarkən, digər xərçənglər onları geri çəkəcəklər.
images (4).jpeg
Link

Psixologiyada buna Xərçəng mentaliteti və ya Xərçəng effekti deyilir.Bu vəziyyəti iş mühitində olan insanlarda da görmək olar.Amma bunu xərçənglər kimi instinktlərinə görə deyil,sırf pis fikirlərinə görə edirlər.Belə insanlar iddiali və qısqancdırlar. Onlar heç kimin özlerindən yaxşı olmasını qəbul etmirlər və insanların uğurlarına dözə bilmirlər.Belə insanlarla təkcə iş həyatında deyil həm də məktəbdə,universitetdə və dost çevrəmizdə də qarşılaşa bilərik.

businesswoman-holding-trophy-cup-other-260nw-547608013-1.jpg
Link

İnsanlar müxtəlif səbəblərə görə xərçəng sindromuna sahib ola bilərlər, məsələn, özlərini daha yaxşı hiss etməyə çalışdıqları üçün, başqalarının uğurunu öz hesabına əldə etdikləri üçün və s.Xərçəng sindromundan qaçmaq üçün əvvəlcə bunun sizin üçün bir problem olduğunu başa düşməlisiniz və sonra ilk növbədə bunu yaşamağınıza səbəb olan əsas problemləri həll edərək, düşüncə tərzinizi dəyişdirməyə çalışmalısınız.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!