Salam, Steemitçilər, necəsiz? Bayramınız mübarək. Bayram demək ailənin, qohumların bir araya gəlib "hasret gidermesi" - demək. Bütün bayramları sevirəm, amma Ramazan bayramı -nın yeri bir ayrıdır.
Artıq bütün postlarımda böyüdüyümü deyirəm, qəbul edək ki, böyümüşəm. Və hələ indidən balacalığımdaki dövrlə indini müqayisə edəndə nə qədər dəyişildiyini görürəm. Bayramların əvvəlki dadı-duzu qalmayıb, getdikcə bayramlaşmağa gələnlərin sayı da azalır sanki bizdən asılı olmayaraq. Bayram- elə məhz buna görə də sevdiklərimizlə birlikdə olduğumuz gündür. Düşünürəm də, bundan 6-7 il qabaq birlikdəydik, bayram səhəri durub bayramlaşardıq, süfrəni hazırlayardıq, amma indi bir ailənin üzvlərinin belə bir yerə gəlməsi çətin olur. Çünki zaman keçdikcə ailənin hər bir üzvü bir ailə olur, ev olur. Məsuliyyət də artır, qayğı da, sevgi də.
Hə, belə-belə. Bugün əmimgilə getdim səhərdən, ən son bir neçə il əvvəl getmişdim düzü. Bəlkə də, əmim aramızdan ayrılmasaydı hələ qabağımızdaki bir neçə il də getməyəcəkdim, çünki həmişə "daha vacib" səbəblərimiz olur, indi hazırlığa getməyiləm, imtahanım var və daha nələr, nələr. Sevdiklərimizlə keçirdiyimiz hər anın dəyərini bilirik də, bəzən xatırlamaq üçün bir şeyləri itirməyə ehtiyac duyuruq...
Daha sonra isə bacımgilə getdim, darıxdığım insanları gördükdən sonra daha çox darıxan mənəm təkcə?
Balacamız da məndən çox darıxmışdı. Bir xeyli onlarla vaxt keçirdikdən sonra evimizə qayıtdım.
Bizim Daun sindromlu bir kəntçimiz var, yaşı 40-ı keçər, uzaqdan qohumluğumuz var, ama nə o, nə də mən bu qohumluğu izah edəcək qədər bilmirik. Məni bayaq yolda gördüyü an üzündəki yaranan gülüşünün, hələ uzaqdan xoşgəlmisən deməyinin, mənimlə görüşüb-qucaqlamağının məndə yaratdığı xoşluğu ifadə edə bilmərəm. Məni necə xatırlayır, yeni gəldiyimi hardan bilir də xoşgəlmisən deyir, hal-əhval bilib, salamatçılıqdımı deyərək əmin olduqdan sonra da - get, yaxşı yol dedi. Ürəyim sevgi, sevinclə dolmuşdu sanki. Evə çoxlu salamla gəlmişdim. Bir də o görüşdən sonra üzümdə yaranan gülümsəmə ilə.
Belə, Steemitçilər. Oxuduğunuz üçün təşəkürlər🙏🏻
Daha bir möhtəşəm post.✌
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
O sizin dəyərləndirməniz deyərdim, amma post da həqiqətən yaxşıdı ha😄
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Bir yazı nə qədər yaxşı ola bilərsə o qədər yaxşıdır.. Oxuduqda ağlamadım desəm yalan olar.. 🙏🏻🙏🏻
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Sən uzaqdasan deyə daha da təsirli olub sənə🤗
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit