Cahil insanların ortaq və ən əsas xüsusiyyəti hər şeyi bilmələrini düşünmələri və iddia etmələridir. Cahil insanlar hər şeyin sadəcə onların bildiklərindən ibarət olduğunu zənn edirlər. Amma ağıllı, savadlı insanlar hər şeyi bildiklərini iddia etmirlər. Çünki dünyanın, kainatın hələ kəşf olunmamış, açığa çıxarılmamış çox sirri olduğunu, bildiklərinin bilmədiklərinin yanında zərrə olduğunu bilirlər. Bunun sübutu da Sokratın sözləridir. O ağıllı, məşhur filosof olmasına baxmayaraq, "Bildiyim tək şey, heç nə bilməməyimdir" demişdir. Cahil insanların digər əsas xüsusiyyəti isə tənqidlərə açıq olmamaları, hər zaman haqlı olduqlarını düşünmələri və onlara nəyi isə sübut etməyin mümkün olmamasıdır.
Biz isə çox zaman cahil insanlarla mübahisəyə girib özümüzü yoruruq və yorulmaqla qalıb heç bir nəticə əldə edə bilmirik. Ağıllı insanlarla mübahisə etdikdə isə fikir mübadiləsi edilir, bir tərəf digər tərəfin fikri ilə razılaşır və ya hər ikisinin özünə görə haqlı yanaşması olduğu qənaətinə gəlinir. Ağıllı insanlarla mübahisə etmək insana da xoş gəlir və yeni şeylər öyrənir. Çalışın, cahil insanlara nəyi isə sübut etməkdən, mübahisə etməkdən qaçın. Çünki heç nə əldə edə bilməyəcək, özünüzü əsəbləşdirib yorduğunuzla qalacaqsınız. Üçüncü xüsusiyyətləri isə Ağıllı insanlar nə qədər təvazökardırlarsa, cahil insanlar bir o qədər lovğadırlar. Bildikləri tək bir cümlə ilə, pulları, gücləri, əşyaları ilə lovğalanarlar. Əminəm ki, hər birimizin ətrafında belə insanlar var və çalışın, onlarla mübahisədən boyun qaçırın. Cahillə mübahisə etməyin özü də bir cəhalətdir.
Oxuduğunuz üçün təşəkkürlər.
Foto pixabay saytından götürülmüşdür.