Gəl belə danışaq,deyəkki hər hansı bir problemdən depresiyaya düşmüsən.Özünə diqqət etmirsən,sabah harasa gedəcəkdin ertələyirsən,insanlarla ünsiyyəti kəsirsən,ya yemək içməkdən özünü məhrum qoyursan,yada ki daha çox yeyirsən.İndi özünə sual verki bunları niyə edirsən?? Məsələn kimdənsə ayrılmıdan deyək.Bir ayrılıq sənin həyatını yuxarıda sadaladığım şeyləri icra etdirərək ertələmiş olur.1saatın gedir,1günün gedir,1ayın gedir,sənə lazım olan əsas məsələlər sənin bir ayrılıq səbəbindən əlindən sürüşüb gedir.Sonra isə zaman keçir ,hirs,əsəb ,acıq soyuyur,hətta bəlkə də ayrılıb gedəndə geri dönür,amma itirilmiş o saat,o gün,o ay qayıtmır.
Bəs ağrını çəkməli deyilikmi?Əlbətdə çəkməliyik.Amma qədərində etməliyik bunu.Ölüm daxil olmaq üzərə heç bir baş vermiş dünyavi problemə bu qədər qul olmamalıdır insan.Çünki ölənlə öldükdə o dirilmir,sən sadəcə ona laiq yas saxlayıb onu var olduqca yaşatmaq üçün yaşamalısan.Həyat davam edir.
Ayrılanla itib-batdıqda ayrılan geri gəlmir,hətta daha çox irəli gedir.Səni incidənə baş qoşsan gərək adamlıqdan çıxıb oxlu kirpi olasanki ömrün ancaq ona buna ox atmaqla keçər.
Qədərini bilmədiyin hər ağrı sənin bataqlığındır Unutma!!
Yaşamaq bəs deyil.İnsan var olmağı bacarmalıdır!!!!
Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!