Ramazanın son günlərində bir neçə oruc tutan adam, namazdan sonra toplaşaraq Nəsrəddin hocanın bizim dildə Molla Nəsrəddinin yanına gəlir.
Xoş beşdən sonra içlərindən biri nəfər çıxır ki, Hoca əfəndi ☝• 1 dənə Sual...
–"Hoca, Ramazan ayı bitdi...
Onu razı salmaq üçün əlimizdən gələni etdik.
Görəsən O, bizdən razı qaldımı?"
Nəsrəddin hoca cavab verir:
–"Əlbəttə, bəs necə?... razı qalmasa, hər il 10 gün tez gələrmi? Razı qalır ki hər il bir az tez gəlir.
Gələn camahat deyir ki;
–"Amma hoca, belə bərəkətli bir ayın sona çatmasına biz çox çox təəssüflənirik".
-Nəsrəddin Hoca:
–"Bilirəm, bilirəm. O qədər təəssüflənirsiz ki, üzüntüdən Ramazan ayı bitdiyinə görə 3 gün bayram edirsiniz..."