Mərkəzimizdə gənclərimiz üçün ayrılan guşəmiz || GİKM

in hive-131355 •  3 years ago 

Artıq Gənclərin İnkişafı və Kariyera Mərkəzinin(GİKM) Saatlı nümayəndəliyində 2 aydır, rəsmi olaraq işləyirəm. Şəhərdəki bütün o rahat yaşamı, hədsiz inkişafa açıq mühiti qoyub gəlmişəm rayona. Qərarımdan peşman deyiləm. Heç peşman deyiləm. Rayonumuzun gənclərinə kiçik də olsa, fayda vermək ən böyük hədəfim idi bura gələrkən və artıq bu hədəfə doğru müəyyən addımlara bu aydan başlamışıq.

Təbii ki, işimin rayonda olması çox sıxıcıdır. Hər gün eyni şeylər, eyni insanlar, eyni düşüncə tərzi hər yerdə və.s Hər şey insanı yorur. Amma şüurlu yanaşsan. Ona görə mən də çox taxmamağa, başımı aşağı salıb qoyduğum müddəti səbrlə gözləyərək, işimi vicdanla yerinə yetirməyə çalışıram. Gənclərə bir faydam dəyməsə, əminəm ki, vicdanım rahat olmayacaq sonrasında.

IMG_20211202_151107.jpg

Ofisimizin iki qaplsı var, daimi açıq olan qapıdan içəri girər-girməz sizi bu güşə qarşılayacaq. Burası məndən qabaq yığılmış bir yerdir. Kitabları mərkəzə gələn gənclər hədiyyə ediblər, rəsmləri və digər işləri də, hamsını rayonumuzun gəncləri ediblər. Öncəki yazılarda dediyim kimi, axtarsan, çox istedadlı gənclərimiz var.

Zamanla bu gəncləri tapırıq da, onları kəşf etməyə, bir şəkildə mərkəzimizə cəlb etməyə çalışırıq. Bununçün də bu yaxınlarda komputer və ingilis dili klubları açmışıq. Hansı ki gənclər bu klublar olan günü, yəni hər klub üçün həftədə bir dəfə mərkəzə gəlməklə istər ingilis dilindən, istərsə də texnologiyadan xeyli şeylər öyrənə bilərlər.

IMG_20211202_151058.jpg

Komputer kursuna ofis proqramlarını öyrətməklə başlamışıq. Texnologiya klubunu ilk dəfə bu həftənin bazar günü təşkil etdik və həqiqətən, özümə də zövq verdi, vicdanım rahatlayır. Ümid edirəm ki, texnologiya ilə maraqlanan gənclərin sayı çox olacaq və bir az da işimdən zövq alacam, bir az da vicdanım rahatlayacaq.

Bu kitablar olan guşəmizə gəldikdə isə, açığı yaxşı kitablar olsa da, azərbaycanca olduqları üçün oxumaq da istəmirəm. Misal, Karl Marksın "Kapital" əsərini azərbaycanca oxuduqda çox da effekt almaq olmur. Bizim dil çox qıt dildir. Türkçə isə yaxşı kitab yoxdur.

IMG_20211202_151042.jpg

Mərkəzimizin gəncləri isə bu guşədən xeyli faydalanır. Kitablardan çoxunu gənclərimiz aparıblar oxumağa, hansı ki ən sevdiyim yanı da budur. Kitabların orda olması və birinə fayda verməsi belə, vicdanımı rahatladır, bilirsən ki, birilərinə fayda verirsən.

Birilərinin həyatına yeni-yeni şeylər qatmaq üçün əlimdən gələni edirəm, edəcəm. Həqiqətən də, rayon gəncliyinin buna ehtiyacı var!

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!