Ceylan Mumoğlu - "Buta"

in hive-131355 •  4 years ago 

cmum.jpg

Nədir buta? Biri oğlan, digəri qız təmsili? Küləyin odun şöləsini sağa tərəf tərpədib şölələndirməsi? Bəlkə, qönçədir, ya da tovuzquşu lələyi? İlk görünüşdə enliyarpaq ağacın yarpağını xatırladan butanın niyə başı məhz sağa əyilib?

Hələ əsas sual qaldı. Niyə buta hələ də yaşayır? Onu yaşadan qüvvə nədir?

Gələk cavablara. "Buta nədir?" sualına birbaşa bir cümlə ilə cavab vermək mümkün deyil. Buta anlayışı həm xalq təfəkküründə, həm də folklorşünas və etnoqraflarımızın baxışlarında elə butanın özü kimi rəngarəng, əlvan xarakter daşıyır. Bunun da səbəbi odur ki, buta özünün rəmzi qatlarında bir çox sirlər daşıyır.

Birmənalı olaraq, "buğa" və ya "puta" sözünün ilkin mənası qədim türk xalqlarının mifoloji təsəvvürlərində sakral xarakter daşıyan rəmzlə bağlıdır. Buta atəşpərəstlərin müraciət etdikləri forma olub, hərfi mənası kol bitkisi qanqaldan götürülmüşdür. Bu bitki yandırılarkən alovun dilləri buta şəkli alır.

Biri oğlan, digəri qız təmsili?

Deyilənə görə, butalardan bəhs edərkən "küsülü buta" kimi ifadə işlədilir. Butalardan biri oğlan, digəri qız olmaqla əkscinsləri təmsil edirlər. Birinin oğlan, digərinin qız buta olduğunu özündə simvollaşdırır. Sağ tərəfə əyilən buta naxışı oğlanı, sol tərəfə əyilən buta naxışı isə qızı təmsil edir.

Qədim insanların düşüncəsində su, bitki, dağ və digər varlıqlar müqəddəs hesab edilmiş, həyatın ilkin başlanğıcı sayılmışdır. Bu baxımdan buta nəslin davamı, artımın simvoludur. Buta Azərbaycan dastanlarında aşiq və məşuq arasında xəyali rabitə rolunu oynayır. O, məhəbbət dastanlarında görünməmiş bir eşqin, üstün, ilahi bir məhəbbətin nümunəsi olaraq seçilmiş qəhrəmana – aşiqə aşıqlıq, şairlik istedadı da bəxş edir. Dastanlarımızda, nağıllarda aşiqə "buta verilməsi"
ixtiyar qoca – Xızır tərəfindən eşq şərbətinin içirdilməsi ilə başlayır. Bir- birini heç vaxt görməyən iki gənc ayrı-ayrılıqda yuxuda, xəyali vəziyyətdə onlara verilən şərbətdən qız oğlanın, oğlan isə qızın bir anlıq görüntüsü ilə qeyri-adi sevgiyə, məhəbbətə düşür. Ümumiyyətlə, folklor nümunələrinin araşdırılması göstərir ki, hər kəsə buta verilmir. Buta vermə yalnız seçilmişlərə xasdır. Bu seçilmişlər buta vasitəsilə heç kəsə aid olmayan bir neçə fərqli xüsusiyyəti də özü üçün qazanmış olur. Aşiqin uzun məşəqqətli sınaqlardan keçməsi son olaraq sevgililərin ilahi vüsalı ilə başa çatır.

cmum.jpg

Küləyin odun şöləsini canlandırması?

Bəzi tədqiqatçılara görə isə buta odla əlaqəlidir. Butaya küləyin odun şöləsini sağa tərəf tərpədib şölələndirməsi kimi baxmaq lazımdır.

Qönçə?

Buta mövzusu şair və yazıçılarımızın əsərlərində özünə geniş yer alıb. Maraqlı cəhətlərdən biri də budur ki, şifahi söz sənətində, xalçaçılıqda, etnoqrafiyamızda ayrı-ayrı parametrlərdən yanaşılanda müxtəlif cür dürlü mənalar verən buta rəmzləri, elə yazılı qaynaqlarda da bu cür cürbəcür mənalarda işarəsini tapıb. Yəni hər bir sənətkar buta amilinə, bu sözün məna çalarına öz baxış prizmasından yanaşıb. Bir çox hallarda buta alovun dillərinə bənzədilsə də, yazılı ədəbiyyatda çiçək ləçəklərinin toplusuna bənzədilir. Məsələn:

Qərənfilsən, butasan,
Düşüb oda yanasan.
Mən o güldən degiləm,
İynəyübən atasan.

"Qərənfil” buta kimi səciyyələndirilır. Təsadüfənmi? Əsla! Birincisi, buta özü-özlüyündə bir saflıq – gül ətirli saflığı işarələyir; burada isə o gülün timsalında qərənfil gülü obraz olaraq seçilib. Bəs niyə məhz qərənfil? Öncə qərənfil çiçəyinin formasına təbii quruluşuna diqqətimizi yönəltsək, məsələ aydınlaşar. Məlumdur ki, qərənfil ayrı-ayrı naxışvari ləçəklərin təbii toplusudur. Elə buta özü də naxış-bəzək simvolu deyilmi? Deməli, qərənfil çiçəyi başdan- ayağa butalı qönçələrdən ibarətdir və bu mənada butanı (Tanrının bir möcüzəli təbii buta çələngidir qərənfil!) bir gül-çiçək kimi nəzərimizdə canlandırmaq istəsək, təbii qərənfilin forma düzümü bunu özündə gerçəkləşdirir.

Beləliklə, xalq bayatısının ilk misrasında ifadə olunan fikir öz bədii həllini tapır.

Butanın başı niyə sağa əyilib?

Oğuzlarda sağ həm də gündoğanın rəmzi kimi görülür. Günçıxan Günəşlə bağlıdır. Butanın başının (şöləsinin) sağa əyilməsi onunGünəşlə əlaqələndirilməsidir. Bunu başa düşmək üçün buta sözünün həm lüğəti, həm də mifoloji mənalarına diqqət yetirməliyik. Butanıntürk dillərinin çoxunda "şüvül", "çubuq", "hörük", "şaxələnmə","badamvari naxış" və s. mənaları var. Diqqət edilərsə, bu sözlər butanı ağac, bitki mif ilə bağlayır. Əsasən "qönçə", "şaxələnmə"mənaları dünya ağacı mifnin atributu, əlaməti kimi qarşımıza çıxır.Dünya ağacı kainatın yaradılmasının mif olduğu kimi, həm dəartımın da mif sayılır.

Buta odu işarələyir. Amma bəzi tədqiqatçılara görə buta sözününilkin leksik mənası butaq, budaq sözünün çevrilməsidir. Budaqağacdan boy atır, ağacın artımı olan budaqlarda da yarpaqlar yaranır.Buta naxışı ilkin görünüşdə enliyarpaq ağacın yarpaqlarını xatırladır.Belə olan halda bir-birilərindən əks qütbə boylanan buta naxışlarınınrəmzi mənası bir az da aydınlaşır. Əks tərəfə boylanan buta naxışlarının tən ortasından xəyali bir düz xətt - budağı işarələyən xətt keçir və budağın hər iki tərəfndən çıxan yarpaqların (butaların) isə bioloji görünüşcə bitdikləri budağın (xəyali düz xəttin) əks tərəfəəyilmələri təbiidir. Beləliklə, həm bir-birinə yanakı baxan kimigörsənən butalar bir budağın (bir pöhrənin) əks tərəf olmaqla, həmdə bir budağın ətrafında mahiyyət ətrafında birləşməklə bütövlüktəşkil edirlər. Buradan bütövlük nəticənisi çıxarmaq mümkündür.Yəni sevgililər - butalar da əks cinslər olmaqla birləşib bir budağı - bir butanı (bir ağacı, bir kökü) təmsil edirlər.

Butalar forma etibarı ilə 4 qrupa bölünür:

1.Xalça bəzəyində işlədilən butalar

("Muğan-buta", "Salyan-buta", "Xilə- buta", "Bakı-buta", "Sarabi-buta", "Gəncə-buta", "Şirvan-buta");

2.Ailə həyatını təmsil edən butalar

("bala-buta", "həmli-buta", "balalı- buta", "evli-buta", "qoşaarvadlı-buta" və s.);

3.Rəmzi mahiyyət daşıyan butalar

("cıqqa-buta", "lələk-buta", "küsülü- buta", "qovuşan-buta", "yazılı-buta" və s.);

4.Bu qrupa müxtəlif formalı butalar daxildir:

"saya-buta", "əyri-buta","dilikli-buta", "qıvrım-buta", "şabalıd-buta", "zərxara-buta", "badamı- buta", "qotazlı-buta", "çiçəkli-buta", "yanar-buta" və s. Rəmzi mənadaşıyan butalar zaman keçdikcə tədricən müxtəlif məzmunlu vəformalı motivlərlə zənginləşmişdir.

cmum.jpg

Niyə buta hələ də yaşayır? Onu yaşadan qüvvə nədir?

Dünya ağacı ilə bağlı etiqadlar əsrlərdir xalqlar arasında yaşamaqdadavam edir. Novruz mərasimlərinin bir çoxu, səməni göyərtmək və s.dirilik, məhsuldarlıq, əmin-amanlıq ideyalarının rəmzi olan həyatağacı ilə bağlıdır. Çinar, söyüd, alma, nar, qoz və s. ilə bağlı simvolların Dünya ağacının əsrləri keçib gələn rəmzi pöhrələriolduğu şəksizdir.

Ağac növlərinin funksional təcridlənməsi sonrakı dövrlə bağlıdır. İlkdövrdə əsas məsələ ağacın növündə yox, müəyyən ideyanırəmzləşdirən ağac simvolunun mövcudluğunda idi. Buna görə dəayrı-ayrı mədəniyyətlərdəki Dünya ağacının növünü, cinsini təyinetmək çətin olur. Türk-monqol, skif abidələrində dünyanın ahənginivə xaqanın mərkəzi sima olmasını (həmin motiv nağıllarımızda qəh-rəmanın başına qonan şahlıq quşu ilə bağlı epizodlar kimi qalıb) əksetdirən ağac iki tərəfdə üç-üç yerləşən simmetrik yan budaqlardan və bir zirvədən ibarət naməlum cinsli ağacdır.

Bu obraz təsviri sənətdə getdikcə daha da rəmziləşmiş və şərtiləşmiş,Azərbaycan incəsənətində ən kamil, siqlətli ifadəsini xalçaçılıqdatapmışdır. Azərbaycan xalçaçılığında işlədilən ən yetgin və parlaqnəbati naxışlardan olan "buta" dünyanın ahəngdarlığını vəestetikliyini, həyati başlanğıcın təbiiliyini və əbədiliyini, kainatınvəhdətini, dirilik, artım ideyalarını təcəssüm edir.

"Buta" kainatın mərkəzində dayanan, onu simmetrik hissələrə, bir- birini tarazlayan əksliklərə parçalayan, həyati başlanğıcı yaradan və qoruyan qüvvənin - Dünya ağacının rəmzi işarəsidir.

Dünyanın çoxsəpgili semantik qarşıqoymalar şəklində əsatiri təfsiridə ağacla bağlıdır. Dünya ağacı yuxarı-aşağı, sağ-sol, yer-səma,keçmiş-gələcək, qaranlıq-işıq, həyat-ölüm, erkək-dişi, güney qüzey,mərkəz-qıraq, xeyir-şər kimi əkslikləri ehtiva edərək, bir-birinəmünasibətdə mənalandırır. Həyati başlanğıc, dirilik, məhsuldarlıq,artım anlayışları da Dünya ağacı ilə ifadə olunur.

Bеlə nəticəyə gəlmək оlar ki, əski inanclarda оrtaq yеr tutan Dünya ağacı-həyat ağacı buta təsvirində ümumiləşdirilmişdir. Dünya ağacı, həyat ağacı təsvirləri, ağac pirləri, ağacla bağlı inanclar, ağacaçеvrilmə mоtivli əfsanələr və s. fоlklоr nümunələrimiz həyat ağacının Azərbaycan türklərinin mifоlоgiyasında mühüm yеr tutduğunu, butanın həyat ağacının simvоlu оlduğunu aydınlaşdırır.

Günümüzdə Novruz bayramının rəmzləri sırasında "buta" önəmli atributlardan sayılır. Azərbaycanda, Orta Asiyada və digər Türk xalqları arasında həmin atributlar geniş yayılmışdır. Bayram sovqatlarının və geyimlərin bəzənməsində "buta" elementi və ona oxşar formalardan geniş istifadə, Türklər arasında milli ənənənin varis elementlərinə çevrilib. Bu varisliklə "ilahi qut"un əhatə edəcəyi"simvollar", "od"un timsalında istiliyi, "tumurcuq"un yetişməsində azuqə və bolluğu və artımı, "qönçə"nin simasında "gözəllik" və"bakirəliyi", "hədəf"in seçilməsində sevgi və istedadı (vergi) ifadə etməklə milli yaddaşın sirli qatlarını əhatə edib.

Niyə buta hələ də yaşayır? Onu yaşadan qüvvə nədir?

Çünki butanın əsas mənası həyatdır...

İstifadə olunmuş ədəbiyyat siyahısı:

"Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər". Elmi-ədəbitoplu, I. Bakı. Bakı,“ Elm və təhsil", 2014.

"Dədə Qorqud". Elmi-ədəbi toplu, I. Bakı, "Nurlan" nəşriyyatı,2014.

İsyaeva Zərifə Oruc qızı - "Müasir geyimlərdə istifadə edilənornamental kompozisiyaların analizi" - Magistr Dissertasiyası.

Ceylan Mumoğlu - "Buta"

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!