Xoş istirahətlər, dəyərli Steemit Azerbaijan topluluğu!
İnsan təbiəti etibarilə sıx-sıx neqativ hislərlə yaşamağa meyillidir.
Bu hislər bəzən qısa müddətdə bizə təsir etsə də, bəzən uzun müddətli zehnimizi həbs edər. Bəs belə olanda nə etmək lazımdır?
Sizə bəzi kiçik şəfalandırıcı üsulları təqdim edəcəyəm.
Rəsmi Canva tətbiqində hazırladım.
Narahatlıq: Üç dəfə dərin nəfəs alın və daxilinizdə 2 dəqiqə müddətində müsbət çağırış ruhlu cümləni təkrar edin:
"Təhlükəsizlikdəyəm, qorunuram, dincəm".
Kədər: Daxilinizdəki kədəri bir kağıza yazı şəklində köçürün; izah edin, ağlayın, yetər ki, içinizdə qalmasın.
Tənhalıq: Təbiətlə baş-başa qalın. İt və ya pişik yedirin, onları sevin. İcazə verin, ana təbiət sizi öz saf enerjisi ilə qucaqlasın.
İstəksizlik: Günəşli bir gündürsə, gözlərinizi qapayın, günəşə doğru baxın və əllərinizi qarnınızın mərkəzinə qoyaraq bu müsbət çağırış ruhlu cümləni təkrar edin:
"Mərkəzimdəyəm, enerji doluyam və xoşbəxtəm!"
Bazar gününüz xoş keçsin!