Ceylanmumoglu.com saytı şair və yazıçılardan bəhs edən 22 maraqlı film təqdim edir:
- "Saatlar" (2002)
Məşhur ingilis yazıçısı Virciniya Vulfun faciəvi taleyi haqqında ağır filmdir. Filmdə Vulfun həyatı və işi fərqli dövrlərdə yaşamış üç qadının həyatı üzərindən təsvir olunur.
- "Dahi" (2016)
"Dahi" filmi yazıçı Tomas Vulf və redaktoru Marks Perkinsin münasibətlərindən bəhs edir. Film tamaşaçı qarşısında sual qoyur: kim idi dahi, məhsuldar müəllif, yoxsa əsəri "darayaraq" şedevr vəziyyətinə gətirən ağıllı redaktor?
- "Ceyn Ostin" (2006)
Film ingilis yazıçısı Ceyn Ostinin irland hüquqşünası Tomas Lefroyla olan münasibətlərindən bəhs edir.
- "Heminquey və Qelhorn" (2012)
Film məşhur yazıçı Ernest Heminqueylə hərbi jurnalist Marta Qelhornun məhəbbət hekayəsinə həs olunub.
- "Nəsimi" (1973)
Film Azərbaycan xalqının görkəmli şair və filosofu, hürufi təriqətinin nəğməkarı, insan zəkasının, istedadının və hisslərinin gözəlliyinin tərənnümçüsü İmadəddin Nəsiminin anadan olmasının 600 illiyinə həsr olunub. Rejissor Həsən Seyidbəylidir.
- "Gənc həkimin qeydləri" (2012)
Mixail Bulqakovun eyniadlı əsəri, eləcə də "Morfiy" əsəri üzrə çəkilmiş mini serialdır.
Gənc həkimin ağır həyatından bəhs edir.
- "Çovdarlıqda üsyankar" (2017)
Amerika yazıçısı Cerom Selincerin həyatı haqqında çəkilmiş film. Rejissor Denni Stronq filmi Kennet Slovenskinin Selincer haqqında yazdığı avtobioqrafik roman əsasında çəkib.
- "Parisdə gecəyarı" (2011)
Vudi Alenin 76 yaşında çəkdiyi 42-ci filmdir. Film Parisin gəzintisi ilə başlayır, Amerikadan Parisə gələn iki sevgilinin həyatındandır. Daha doğrusu, yazıçı olmaq arzusunda olan və Paris küçələrində öz ilham pərisini axtaran Gil Pender adlı Amerikalı oğlanın başına gələn hadisələr təsvir olunub. Filmin əsas mövzusu isə yalnış zamanda yaşadığına inanan və keçmiş zaman üçün darıxan gənc yazarın Parisdə özünü kəşf etməsidir. Parisdə özünü yalnız hiss edən Gil, şəhəri gəzərkən keçmişə səyahət edir, öz xəyal dünyasını yaradır və 1920-ci illərin Paris mühitinə düşür. Dali, Pikasso , Heminguey, Fitzgerald, Jan Kokto, o dövrün Paris mühiti və Gil Pender. Bu insanlarla tanışlıq gənc yazarın həyatına və dünya görüşünə çox fərqli təsir göstərir. Nişanlısından istədiyi yaxınlığı görməyən Gil öz xəyal dünyasına qapılır, hətta bir eşq macərası da yaşayır.
- "Çin qəhvəsi" (2000)
Harri- 50 yaşlarında tanınmamış, kasıb yazıçıdır. O, özü kimi uğursuz dostu fotoqraf Ceykdən pul borc almağa gəlir və yeni əlyazmasını oxuyub fikrini bilmək üçün verir. Film həyat və fəlsəfə mövzusunda dialoqlarla boldur. Baş rolda Al Paçino və Cerri Orbax çəkiliblər.
- "Dəcəl Harri" (1997)
Vudi Allenin 1997-ci ildə çəkdiyi və özünün də rol aldığı filmdir. Harri Blok məşhur yazıçıdır, amma nevrotikdir, onun saysız-hesabsız qadınlarla və dostları ilə münasibətləri olduqca qarışıqdır. Bu filmi Vudi Allen haqqında avtobioqrafik film hesab edənlər də var.
- "Cavid ömrü" (2007)
Ssenari müəllifi Anar, rejissor Ramiz Həsənoğlunun çəkdiyi bədii filmdir.
Filmdə Azərbaycan şairi, repressiya qurbanı Hüseyn Cavidin keşməkeşli həyatının son dövrləri əks etdirilir.
- "Aclıq" (1966)
Hadisələr 1890-cı ildə Norveçin bir şəhərində baş verir. Baş qəhrəman yoxsul və ac yazıçı Pontusdur. Film Knut Hamsunun romanı əsasında çəkilib.
- "Qəzəlxan" (1991)
Əliağa Vahidin həyatı və yaradıcılığından bəhs edən Azərbaycan filmi. Şahmar Ələkbərovun quruluşçu rejissor kimi kinoda son işi hesab olunur.
- "Aşiq Şekspir" (1998)
16-cı əsr İngiltərədə keçən bu romantik komediya filmində gənc Şekspirin eşq həyatından danışılır.
- "Dovlatov" (2016)
Film yazıçı Serqey Dovlatovun 1970-ci illərin əvvəlində Leninqradda olan günlərindən bəhs edir.
- "Mavi gözlü Div" (2007)
Film məşhur türk şairi Nazim Hikmətin 1941-ci ildən sonra Bursa həbsxanasında keçirdiyi müddətdən bəhs edir.
- "Kapote" (2005)
Film amerikalı yazıçı Trumen Kapotenin bioqrafiyasına həsr olunub.
- "Kəpənəyin yuxusu" (2013)
Türk rejissru Yılmaz Erdoğanın çəkdiyi dram filmidir. İkinci Dünya müharibəsi dövründə Zonquldakda yaşayan iki şair Rüştü Onur ve Muzaffer Tayyip Uslunun həyatından bəhs edir.
- "Ölü şairlər cəmiyyəti" (1989)
"Ölü şairlər cəmiyyəti" rejissor Piter Uirin 1989-cu ildə çəkdiyi bədii filmdir.
Ən yaxşı orijinal ssenariyə görə "Oskar", həmçinin film "Ən yaxşı film" və "Ən yaxşı kişi roluna görə" (Robin Uilyams) nominasiyalarında da irəli sürülmüşdür. İlin ən yaxşı filmi və ən yaxşı musiqiyə görə iki "BAFTA" mükafatı alıb.
Filmdə öz şagirdlərini həyatlarını dəyişdirməyə çağıran və onlarda poeziya və ədəbiyyata maraq oyadan ingilis dili və ədəbiyyat müəllimindən danışılır. Filmdəki hadisələr Vermont şatatındakı Velton şəhərinin uydurulmuş akademiyasında cərəyan edirlər.
- "Dostoyevskinin həyatından 26 gün" (1981)
Böyük romançı Dostoyevskinin faciəli günləri haqqında Sovet melodramıdır. Yazıçının həyatında qaçılmaz olan, ağır 26 gün haqqında psixoloji filmdir.
- "Sonuncu bazar günü" (2009)
Alman-Rus-Britaniya kinomotoqraflarının birgə istehsalı olan bu film böyük rus yazıçısı Lev Tolstoyun həyatının son günlərinə həsr olunub, bioqrafik xarakter daşıyır.
- "Anton Çexov" (2015)
Fransız rejissoru Rene Ferenin 2015-ci ildə çəkdiyi tarixi-bioqrafik filmdir. Filmdəki hadisələr böyük yazıçı Anton Çexovun həyatının 1885-ci ildən 1890-cı illərə qədər olan dövrünü əhatə edir.
Yalnız "Nəsimi" filminə baxmışam.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Kapotedən başqa hamısını izləmişəm 🤭
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit