The Diary Game -Better Life Season 3 - 05 .10.2021 - "Kriptowoman" macəram uğurla sonlandı!

in hive-131355 •  3 years ago 

Crypto Women.png

Xoş gördük, @SteemitAzerbaijan☪✔ -nın yaradıcı kollektivi!

2021-06-07 - bu tarixdən Steemitdəyəm. Uzaq bir tarix deyil, ancaq o qədər çox şey öyrəndim ki, sanki qarşımda başqa bir dünyanın qapısı açıldı.
Həm mənə tanış olmayan əməliyyatlarla qarşılaşdım, həm də səmimi, pozitiv ruhlu insanlarla. Elə bil kainatdan hədiyyə qazanmışam) Bütün bunları illər öncə arzulamışdım, lakin nədənsə əldə edə bilmirdim.
İlk günlər patronumuz @revan746 - nın baş-beynini apardım. Sualların biri bir qəpikdən) Allahtərəfi Rəvan da fəzilətlərin ən gözəl neməti səbirlə mükafatlanıb. Yoxsa 8 illik təcrübəmdən bilirəm ki, admin olmaq nə deməkdir)
Hə, əzizlər, Rəvan qardaş günbəgün çox şeyi yeni gələn üzvə (molodoya) aydınlatdı. Doğrudur, son zamanlar onu yerində tapmaq olmur, amma əvvəlki dərslərini elə keçib ki, tələbə müəllimsiz də hərəkət etmək qüdrətinə nail olub)
Steemitə qeydiyyat olduğum gündən bu günə qədər hardasa 4 ay yarım vaxt keçib. Bir ara şəxsi problemlərim üzündən bura gəlməyi dayandırmışdım. Amma sonra gördüm ki, dayanmaq olmaz. Necə ki, su axmayanda olduğu çuxurda qalıb iylənir, insan da belədir. Bənzətmə iyrənc olsa da, həqiqətdir. Bərəkət hərəkətdədir. Bunu hamımız daxilən yaxşı bilirik.

85da4066-1ef4-4cba-9499-e9ef91813618.jpeg

Niyə bunları yazdım, əsas məsələyə gəlirəm) Artıq qrupdaşınıza cəsarətlə "Cryptowoman" deyə bilərsiniz) Çünki "Heç vaxt edə bilmərəm", düşündüyüm şeyi təkbaşıma edə bildim. Heç ağlıma da gəlməzdi ki, nə vaxtsa kripto bazara girib alış-veriş edəcəyəm) Həqiqətən əjdahaymışam. 😅 Elə özüm də əjdaha ilində anadan olmuşam)
Bəs mənə özümü əjdaha kimi hiss etməyə kim kömək etdi?

ac242bba-52d6-4edf-9580-4c4f13f43de6.jpeg

Deməli, Binance TR və Binance Global əməliyyatlarında çətinə düşəndə Rəvanı telegramda tapmayınca üz tutdum youtubə tərəfə. Axtar-axtar, getdim çıxdım Kripto Süleymanın kanalına. Süleymanın videolarından bəzi əməliyyatları öyrəndim. Ancaq tam olaraq məlumatlar beynimə oturmamışdı.
Sonra gəldim yenidə telegrama. Süleymanı orda tapıb yazdım. Dedi, sualları yaz cavablayacam. Mən uzun suallarımı az qala roman şəklində təqdim elədim. Nə yazıq ki, cavab gəlmədi. Yəqin Süleyman müəllim uzunçuluğu görüb o qaçan qaçıb ki, mən bu vomanla vaxtımı itirə bilmərəm 😁 Burdan Kripto Süleymana deyirəm, ayıf olsun saa))
Nəhayət, kor peşman yenidən telegram qrupumuza gəldim ki, görüm kömək üçün kimi tapıram. Birdən ağlıma Kamranın postları gəldi. Dedim, buna bax ey, gül kimi @cameron99 qalıb burda, mən də getmişəm kakoy da Süleymanların peşinə düşmüşəm)
Sağ olsun, Kamran. İnanın ki, Rəvanın səbrinin ikiqatı Kamranda varmış. Elə qəşəng izah elədi, elə gözəl screenlərlə kömək etdi ki, əməliyyatlar uğurla başa çatdı. Yalnız, son əməliyyatımıza zaman yetmədi, Kamranın acil işi çıxdı və sonuncu əməliyyatı yenə patronla (Rəvan) həyata keçirdik, həm də başarılı şəkildə.

c8dd2dfd-a08b-4f9b-8c64-e89789982b55.jpeg

Və nəhayət, bu gün... Bu gün heç bir kömək olmadan, təkbaşıma Binance tr, Binance və Steemit əməliyyatlarını edərək, müəyyən miqdar (86.90300000 STEEM) alaraq hesabıma yatırdım. Özümü elə hiss edirəm ki, sanki ölkə fəth etmişəm) Doğrudan da insanın bilgi sahibi olması, bilgilənməsindən və bunu həyatda tətbiq etməsindən həzzverici şey yoxdur.
İnanın mənə, əsas güc pul, maddiyyat deyil, güc bilikdir. Bilik potensial güc deməkdir. Amma biliyimizi doğru tərzdə istifadə etmək vacibdir. Metafora şəklində ifadə etsək, kərpic yığını çoxdur, amma hər kərpic yığını da bina deyil. Deməli, bina olmağımız üçün əldə etdiyimiz bilikləri doğru şəkildə istifadə etmək və eyni zamanda ətrafımızdakılara doğru şəkildə təqdim etmək vacibdir. Bu baxımdan dəyərli adminimiz Rəvana və Kamrana, eləcə də qrupda suallarımı cavabsız qoymayan bütün üzvlərə çoxlu-çoxlu təşəkkür edirəm!
İnanıram ki, qurmaqda olduğumuz SteemitAzerbaijan☪✔ binamız göydələnə çevriləcək, başı buludlara çatacaq və Azərbaycana böyük səs gətirəcək, İnşallah! Amin! 🤲

2qM6R7emm7dUzqimiCUWALVV5Azjzuxs9rpmpFFPRJaLmdzUWhhoNSpGmXGcJttnGdrAcFL7JQfyg7DecV7yg1qzmmfKinHhqWYY3oJktt9qbwWVJSDkzY1dkSV9LwCbdMHS81vUCD34Vs5p53aCnfCFdu7QoKmx1tJem7gz8EPbEnYkJ4ZMi6VvALUs6jk6VuAM57DLE9RbT.png

Thnak you for support

The Steemit Team

cc @steemcurator01 @steemcurator02 @girolamomarotta @chriddi @kiwiscanfly

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

You've got a free upvote from witness fuli.
Peace & Love!

Thanks! Peace & Love too!

Cox maraqla oxudum postunuzu kamran 1 denedi öz qardaşım olsa bu qeder guvenerdim ancaq .heleki steemit ailesinden eyani tanidigim kamrandi

Oxuduğunuz üçün təşəkkürlər.
İnşallah, digər üzvlərlə də tanış olarsınız.

InsaAllah heleki teze qowulmusam deye

Yolunuz uğurlu olsun 😇

Tesekkurler

InsaAllah heleki teze qowulmusam deye

Hər şey gözəldi bu postda. Bircə Rəvanın səbirli olmağını deməyinizdən başqa))

Səbirli deyil? 🤣

Daha çox uğurlara,təbrik edirəm✊🕊

Çox sağ olun 😊😇