Salam axşamınız xeyir olsun "Steemit Azerbaijan☪✔" topluluğu. Mən bu gün də hər gün olduğu kimi eyni vaxt və eyni yolu gedirəm. Amma təbii ki, gedirəm demək olarsa. Bilirsiz mənə çox maraqlıdı görəsən bu şəhərdə olan tıxaclar nəyə görə belə biabırçı vəziyyətdə olur.
İşdən çıxırsan sevinirsən ki, evə gedirsən ailənlə vaxt keçirməyə zamanın var. Ahaaa. Bu zaman tıxac gözlərinə bəlkə də ən nifrət etdiyin bir şey kimi belə desək "mazol" olur. Bəh-bəh nə gözəl. Bəzən rahat bir şəkildə iş yerindən evə kimi olan məsafəni hardasa 20 dəqiqəyə gedirdimsə, indi 1saat 20 dəqiqəyə gedirəm. Nə gözəl.
Ən çox da məni əsəbləşdirən yolda olan və özlərini ağıllı sayan sürücülərdir. Təbii ki, hamısına aid deyil. Öncədən üzr istəyirəm ifadəmə görə, o qədər "çoban sürücülər" var ki, özləri bir şey deyil amma o qədər "ağıllı-ağıllı" danışırlar elə bilirsən elə səhv sən özünsən. Tıxacı elə belə sürücülərdə yaradır. Yolda necə deyərlər "hoqqa" verir. Bir sözlə belə desək nə sürücülük mədəniyyəti var, nə də ...