Günortadan sonra yatmaq adəti uşaq vaxtlarındın hər birimizə tanışdı. Yemək yedikdən sonra heç olmasa bir saat yatmaq günlük rejim idi. Bu rejim qayda idi, bəlkədə qanun da demək olardı. Uşaq bağçalarında yatmaq yəgin adət olmaqdan çıxıb qanun halına girib.
Bu vərdiş bizdə uşaq vaxdı belə olsa da böyüdükdən sonra bu vərdiş də elə uşaqlığa qoşulub getdi.
Bizdə getsə də İspaniyada hələdə yaşayır. "La siesta" adlanan bu yuxu seansı uzun müddətli bir ənənədir.
Əgər özünüzə aid şəxsi şlərinizi "la siesta zamanı yerinə yetirməyi düşünürsünüzsə, yanılırsınız, çünki buradakı əksər xidmətlər günorta saat 14:00-dan 16:00-a qədər qapılarını bağlayır. Böyük şəhərlərdə bəzi xidmətlər işini davam etdirsədə, ancaq Siesta İspaniyanın bu günə qədər davam edən ən-ənələrdən biri olduğunu deyə bilərik.