Sədaqət

in hive-131355 •  3 years ago 

Günlərin birində ovçular canavarı ovlamaq üçün qovurlar. Canavar meşədə sağa-sola qaçır, ancaq ovçulardan heç cür uzaqlaşıb gizlənə bilmir. Canavar qaçır, ovçular qovalayır.
Birdən canavar qaçarkən kəndli bir kişiylə rastlaşır. Canavar adamın qabağına yıxılır və yalvarmağa başlayır:

kurt-cizimleri-karakalem.jpg

"Ay insan, ay adam, mənə kömək elə. Ovçular düşüb arxamca qaçmağa taqətim yoxdur, kömək etməsən, indi məni tutub öldürəcəklər. Kəndli bir az fikirləşdikdən sonra yanındakı boş kisəni açır və canavara deyir ki, içəri girsin. Canavar girir kisəyə, kişi kisənin ağzını bağlayır, atır çiyninə başlayır yoluna davam eləməyə. Bir neçə dəqiqədən sonra o, ovçulara rast gəlir. Ovçular kənd adamından bu ərazidə canavar görüb-görmədiyini soruşur, kəndli "görmədim" deyir və ovçular oradan uzaqlaşırlar. Kəndli ovçuların uzaqda olduğundan əmin olduqdan sonra kürəyindəki kisəni götürüb ağzını açır və canavarı buraxır.

"Çox sağ ol sən mənə çox yaxşılıq etdin" deyir

"Səndə sağ ol" deyən kəndli öz tarlasına getməyə başlayır.

"Bir dəqiqə gözləyin" deyə canavar səslənir: "Mən çoxdandır ki, bu ovçulardan qaçıram, çox yorulmuşam, acmışam, gücümü bərpa etmək üçün bir şey yeməyə ehtiyacım var və burda da səndən başqa heç nə yoxdur."

Kəndli təəccüblənir: "axı mən sənin canını ovçulardan qurtardım, səni xilas etdim. Budu yaxşılığın cavabı?"

Canavar deyir: "Edilən yaxşılıqdan və köməklikdən daha tez unudulan bir şey yoxdu bu həyatda".

collection-wolf-drawings-8.jpg

"Ona görə də mən öz xeyirim üçün, sənin yaxşılığını unudub səni yeməliyəm."
Bir müddət mübahisə etdikdən sonra, gedib meşədə qarşılaşacaqları ilk üç heyvandan bu mövzunu soruşub müzakirə ermək və cavaba görə hərəkət etmək qərarına gəlirlər.

Qarşılarına qoca bir madyan çıxır. Vəziyyəti madyana danışırlar.

el-lobo-y-el-caballo-800x509.jpg

–"Nə sədaqət əə, sədaqət zad nədi" deyir madyan;
"İllərdir sahibimə qulluq etmişəm, hər yükünü çəkmişəm, gəzdirmişəm. Axırda da qocalmışam deyə məni qapıdan qovdular..."

Canavar cavabdan razı qalıb sevinir.
Bir az getdikdən sonra bir itə rast gəlirlər.
Yenə hadisəni itə danışırlar, "itin dərdi təzələnir";

tphtw5kn-900.jpg

–"Mən ömrüm boyu sahibimə sadiq olmuşam. Sürülərini qorumuşam, bax bu canavarın özü neçə dəfə sürüyə hücum edib, ama bir dənə də quzu aparmağına imkan verməmişəm. Əvəzində nətəri deyərlər heç it yerinə də qoymayıblar məni. Əksinə elə it kimi çırpıblar. Yaxşılıq zad hamısı boş söhbətdi" deyir it.

Canavar üzünü kəndliyə tutub deyir: "Bax özün, görürsən da. İncimə gərək səni yeyim".
Kəndli də cavab verir ki; "Ama biz şərt kəsdik ki, üç heyvandan soruşaq. Gəl başqasından soruşaq, o da eyni şeyi desə məni yeyərsən".
Bu dəfə onların qarşısına tülkü çıxır. Hal-qəziyəni danışırlar. Tülkünün əlinə fürsət düşür. Canavardan heyifini çıxmağı fikirləşir.

"Mən hər şeyi başa düşdüm, ama sən boyda canavar bu torbaya necə yerləşmisən bax buna inanmıram. Nəsə burda yalan var " deyir tülkü.

kurnaz-tilki-32pzb60rle344eu58lkc96.gif

Canavar da kəndli də and aman edirlər ki yalan yoxdu. Tülkü deyir: " Yox ee yox. Gözlərimlə görməyincə inanmıram..." Nəysə ki kişi kisəni çıxardır, canavar girir kisəyə.
Canavar kisəyə girən kimi, tülkü kəndliyə işarə edir kəndli torbanın ağzını möhkəm bağlayır. Kəndli əlinə bir daş götürüb "Məni yemək istəyirdin, nankor məxluq?" deyib kisədəki canavarı bir müddət döyür. Sonra tülküyə tərəf dönür:
"Sənə minnətdaram, məni bu canavardan xilas etdin" deyir.

Tülkü cavab verir: "Bu mənim üçün xoş idi, çoxdandı bu canavardan yanıqlıyam". Bu zaman kəndlinin gözü tülkünün parlaq kürkünə sataşır, bu kürkü satsa, nə qədər pul qazanacağını fikirləşir və gözləmədən əlindəki daşı tülkünün başına vurub öldürür.

Sonra ayağı ilə kisəyə vurub;

"Sən düz deyirdin ay canavar, heç nə yaxşılıqdan tez unudulmurmuş" deyir.

İmage

İmage

İmage

İmage

İmage

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!