Bu fələk çox insan əkib biçmişdir,
Dərd çəkmək, qəm yemək faydasız işdir,
Ey saqi, durma, tez mənə badə ver!
Mey içim, olanlar olub keçmişdir...
İnsanların istifadə etdikləri ilk alkoqol içkinin baldan hazırlandığı düşünülür. Bu içki süzülmüş balın bir müddət mayalanması ilə əldə edilir.
"Hal əhli alimlərin" fikrincə, pivə şərabdan əvvəl hazırlanıb. Və birdə bu alimləri deyir ki;
Şərabın tarixi bəşəriyyət tarixi qədər qədimdir. Arxeoloji qazıntılarda tapılan üzüm toxumları şərabın 8000 il əvvəl istehsal oluna biləcəyini göstərir.
İlk üzümçülük və şərab istehsalının 6000 il əvvəl Zaqros dağlarında (İran İrak sərhəddi) ola biləcəyinə görə məlumatlar aşkar edilmişdir. Tövratda " Böyük daşqın 3700 il əvvəl baş verdi və Nuhun gəmisi Ağrı dağına yanaşdı. Nuh əkinçi idi, torpağı əkib becərdi, üzüm bağı saldı və şərab hazırladı." yazır.))
Şərab Qədim Yunan sivilizasiyaları dövründə mühüm mədəniyyət hadisəsinə çevrilmişdir.
Üzümçülüyü və şərabçılığı Xetlərdən öyrənən misirlilər fironlar dövründə də şərab istehsal edirdilər. Misirlilər şərab qablarının üzərinə, üzümün yetişdirildiyi bağı, məhsulun ilini və şərab istehsalçısını yazırdılar.
Miladdan öncə 3000 ... Misirdə şərab geniş ağızlı saxsı qablarda hazırlanır, qabların dibinə qatran təbəqəsi vurulur və ya şərabın daha dayanıqlı olması üçün qabın içinə qatran parçası atılırdı. Bu şərab qablarının ağızları ya gil, ya da əhəng qatı ilə bağlanmış, qapaqlara şərabın markası vurulmuşdur.
Şərabın adının bütün Latın əsaslı dillərdə Vino mənşəli olduğunu görürük.Şərab Vin Wein Vino...
Qədim Yunan sivilizasiyasına və Romaya, oradan da xristian mədəniyyətinə keçid prosesi ilə insanların həyatında şərab mühüm yer tutmuşdur.
Müasir şərab texnologiyasının əsasları 16-cı əsrdə Avropada inkişaf etməyə başladı.
Xristianlıqda şərab müqəddəs içki hesab edildiyi üçün şərab texnikasının inkişafında kilsələr və monastırlar böyük rol oynamışdır.
Xüsusən Papalığın böyük nüfuz qazandığı orta əsrlərdə kilsə və monastırlara aid olan böyük ərazi torpaqlarda üzümçülük aparılır, istehsal edilən üzümlərdən demək olar ki, yalnız şərab kimi istifadə edilirdi.
İstehsal edilən şərablar təkcə dini mərasimlərdə istifadə edilmir, böyük bir hissəsi satılaraq kilsə və monastırlara gəlir gətirirdi.
Bu monastır Avstriyanın Melk şəhərindədi. Şəhər kiçik olsa da, həm çox gözəl, sakit, şəhərdi. Həm də böyük əkin torpaqları var. Bu gün də fəaliyyət göstərir. Qəşşəng də vinoları olur...Nəysə sözüm ondadı ki, monastır "əməkdaşları" kahinlər üzümçülük və şərabçılıq texnikasında geniş biliyə malik idilər. Hazırda Avropada monastırlarda istehsal olunan şərablar keyfiyyət baxımından üstünlük nümayiş etdirir.