Kəndlərin birində qoca bir rəssam yaşayırdı. O, qeyri-adi dərəcədə, çox gözəl rəsimlər, şəkillər çəkir və yaxşı qiymətə satırdı. Necə deyərlər maddi imkanı kifayət qədər yaxşı idi.
Bir gün kəndlilərdən bir kasıb adam gəlib dedi:
-Yaxşı rəssamsan, gözəl şəkillər çəkirsən, yaxşı da qazanırsan. Bəs niyə heç kimə kömək etmirsən? Bax, çörəkçi vaxtaşırı kasıblara pulsuz çörək verir. Qəssab hər heyvan kəsdikdə pulsuz ət verir kənd adamlarına. Özünü alicənab hesab edirsən, ancaq özündən başqasını fikirləşmirsən. Niyə heç vaxt kömək etmirsən?
Rəssam kəndlisini səbirlə dinlədi, gülümsədi, ama heç nə demədi.
Həmin kəndli səhər-axşam bütün kənddə rəssamın əleyhinə danışır, rəssamı söyürdü.
Gəl zaman, get zaman, bir gün rəssam xəstələnir. Heç kim ona "baş çəkmir", yoxlamır və sonda rəssam xəstəlikdən ölür.
Bir neçə gün keçir. Nə çörəkçi kasıblara çörək verir, nə də qəssab ət...
Kənd camahatı edilən yardımın, köməkliyin arası kəsildiyinə görə çörəkçidən, qəssabdan bunun səbəbini soruşdular.
Aldıqları cavab; "O rəhmətlik rəssam hər ayın əvvəlində bizə pul verib, kasıblara çörək, ət verməyimizi tapşırardı. Rəssam öldü, daha pul verən yoxdu. Ona görə də edilən yardımların arası kəsilib."
Bəzi insanlar sizi pis qələmə verər, bəziləri haqqınızda səhv fikirlərə düşərlər. Həyatdı hər şey olar. Yunus Əmrə demişkən. "Sən doğru ol, qoy ellər səni əyri sansın"...
Dərd etmə
Pis deyənlər sənə zərər verməz, yaxşı deyənlərin də sənə köməyi dəyməz.
Əhəmiyyətli olan sizin həqiqi və gerçək halınızdır. Bunu ancaq Allah bilir.