Club5050❤️ The Diary Game Better Life Season 3 | 16.02.2022| Müqəddəs Valentinin günü

in hive-131355 •  3 years ago 

Salam əziz Steem Azerbaijan ailəsi. Hamınıza bərəkətli, hüzurlu və vicdanlı insanların əhatəsində bir gün diləyirəm. Fevralın 14-ü məlum, sevgililər günü idi. Əslində mən məntiq tərəfdarıyam deyə bayramların nə dərəcə də bayram olub olmadığını hər zaman araşdırıram. Araşdırdığım zaman görürəm ki, insanların günümüzdə bayram kimi qeyd etdiyi günlər, əslində bir zamanlar bir çox insanın həyatını təhlükəyə atdığı hətta öldüyü gündür. Məsələn 8 mart dünya qadınlar bayramı, elə 14 fevralın özü, müqəddəs Valentinin yaşadıqları və s. Bunlar haqqında bir gün əlavə yazı paylaşacam.
Ancaq yenə də ətrafda hamı bu kimi günləri bayram kimi qeyd etdiyi üçün, insan hər necəsə onlara qoşulur. Biz də oyanıb, gözəl səhər yeməyi yedik

InShot_20220216_135030920.jpg

Daha sonra mindiik avtobusa getdik Lvivin mərkəzinə, sənədlərimizlə bağlı bir neçə informasiya alıb getdik kilsəyə, günün səbəbkarı müqəddəs Valentin üçün şam yandırdıq.

InShot_20220216_135053657.jpg

Bu kilsə mənim Lviv də ən çox getdiyim və ən sevdiyim kilsədir. Ən çox zaman keçirdiyim hissəsi isə məsum İsanın çarmıxa çəkildiyi bu acı dolu yerdir.

InShot_20220216_135111565.jpg

Daha sonra veqan restoranda bir az qarnımızı doyurub, düşdük şəhəri gəzməyə. İtalyan həyəti deyilən bir yer var, oranı gəzdik. Bu Rəcəbin bura ilk gəlişi idi.

InShot_20220216_135135213.jpg

Sonra isti şorba içdik, özü də boşqab əvəzinə çörək qabı etmişdilər. Şorbanı içərək, çörəkdən dişləyib yeyirsən. Çox maraqlı, dadlı və ən əsası etik yemək idi.

InShot_20220216_135223987.jpg

Belə əziz insanlar, hamınıza gözəl günlər diləyirəm.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!