Salam, dəyərli Steemit ailəsi. Necəsiniz? 3, 4 gündür ki, dərslərə görə yazı yazmağa vaxt tapa bilmirəm. Gec də olsa, keçmiş çərşənbəniz mübarək. Keçək əsas məqsədə. O gün internetdə gəzindik də, qarşıma Azərbaycanda belə bir görüntü çıxdı:
link
Açığı belə bir yeri gördükdə xaricdə olduğunu düşündüm. Bu bilirsinizmi hara bənzəyir? Digər postumda da yazdığım Qua keçidinə. Sizcə də bənzəmirmi? Bir az araşdırdıqdan sonra buranın ilk öncə adını tapdım. Buranın adı Şahdili adası və ya Su iti adası adlanır. Buranı Qartalın burnu kimi tanıyanlarda çoxdur. Bu ada da növbənöv heyvanlar var. Bu ərazidə vəhşi heyvanlar məskunlaşıb. Ora gedən turistlər və ya yerli vətəndaşlar üçün oranın faunası ilə bağlı plakatlar yerləşdirilmişdir. Qartalın burnu kimi tanınan ərazininin quru hissəsinin sonuna kimi getdikdə, sanki Azərbaycanın son qutaracağı bura kimi görsənir.
link
Adından da göründüyü kimi bura da su itilərə daha çox rastlamaq olar. Xəzər suitisi dənizin yeganə məməlisidir. Xəzərdə suitilərin sayı 1 milyondan çox idi. Lakin, çirklənmə, ov səbəblərindən bu rəqəm xeyli azaldı. Bəs bugünkü vəziyyət necədir?
Şahdilidə 1969-cu ildə canlıların qorunması məqsədilə Abşeron Dövlət Təbiət Yasaqlığı yaradılmışdı. Bir müddət sonra isə Abşeron Milli Parkı yaradılıb. Buna baxmayaraq, həmin ilin qışında burada sonuncu dəfə 2 su itiyə rast gəlinib. O vaxtdan indiyə qədər bura da heç bir suiti görünməyib.
link
Hal-hazırda indiyə kimi görünməyən bu məməlinin nəslinin kəsilib-kəsilmədiyi sual altındadır. Güman edirik ki, belə bir hadisə mövcud olmamışdır. Postu sonlandırmadan sizə də belə bir sual verim? Bəs siz bilirdinizmi Azərbaycan da belə bir ada var? Fikirlərinizi rəylər də bildirməyi unutmayın.
Özünüzə yaxşı baxın, daha yaxşı postlarla daha yaxşı günlər də görüşmək diləyi ilə.
Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!