Salam, hər vaxtınız xeyir olsun. Necəsiniz? Budur topluluğumuzun sayca 3-cü müsabiqə mövzusu. Böyük məmnuniyyətlə iştirak etmək qərarına gəldim. Keçən dəfəki müsabiqədə yüksək səs almağım da bir növ stimul oldu. Beləliklə, hansı texnologiyalardan nə məqsədlə istifadə edirəm. Sizcə, ilk öncə nəyin adını çəkməliyəm.:) Təbii ki, mobil telefonun. Həyatımızın vazkeçilməzi mobil telefonlar. Ah, telefonlar. Həyatınızı onsuz təsəvvür edirsiniz? Mən əsla.
İlk öncə hər birimizin adından ilk mobil telefonların ixtiraçısı Martin Cooperə dərin təşəkkürümü bildirirəm ki, keçən əsrin 80-ci illərində belə gözəl bir neməti ixtira edib və bizə bəxş edib. Ruhu şad olsun :). İlk mobil telefonun 794 qram ağırlığında olması haqqında da məlumat oxumuşam, yalan və ya doğru olması haqqında heç bir fikrim yoxdur. Qozqıran adlanan o ilk Motorola telefonlar. Böyüklərimizin möcüzə kimi baxdığı telefonlar. Nənəm demişkən yalnız "aloo, bəli" funksiyaları olan o telefonlar hələ də işlənməkdədir.
Yadımdadı, hələ mən çox balaca olanda əmim danışırdı ki, vaxt gələcək, insanlar telefonla görüntülü danışacaq, adamlar bir birlərini yanlarında hiss edəcək. Yalnız qucaqlamaq mümkün olmayacaq. Bilmək olmaz, bəlkə də o da zamanı ilə mümkün olacaq. Mobil telefonlar nə üçün lazımdır, ondan harada istifadə edirəm. İlk növbədə onu deyim ki, sevdiyim əşyaları, məkanları, insanları, bir sözlə, ilgimi çəkən hər şeyin şəklini çəkirəm. Özü də telefonun şəkil çəkmə proqramları imkan verir ki, o gördüyümü olduğu kimi yox, görmək istədiyim kimi çəkim.
Daha sonra rəsmlə məşğul olduğumu da bütün STEEMİT aləmi bilir. İnternet vasitəsilə bəyəndiyim şəkillərin rəsmini çəkirəm. Mobil telefon mənim üçün həm sinemadı, həm dərs otağıdı, həm kalkulyatordu, həm zəngli saatdı, həm monometrdi, həm tərcüməçidi, həm təqvimdi, həm naviqatordu ki, məni getmək istəyib tanımadığım ünvana dəqiq şəkildə çatdırır.
ikinci dostum isə mənim kompüterimdi. Əsla ayrılmaq istəmədiyim və canım qədər sevdiyim dostum. Akademiyaya qəbul olan kimi ilk işim valideynlərimə kompüter aldırmaq oldu. Buradan @revan746 ya kompüterim üçün dərin təşəkkür edir, doğum gününü təbrik edirəm. Kompyuterlə distant dərslərə qoşuluruq, eyni zamanda dərs hazırlayıram. Müxtəlif mövzularda layihələr, təqdimatlar, slaydlar hazırlayıram. Müəllimlərimiz PDF şəklində dərsləri göndərir, biz isə dərsi oradan oxuyuruq.
Hərdən düşünürəm ki, insanlar bu texnologiyalar olmadan necə yaşayırlarmış? Bunu düşünəndə özümü mağara adamı kimi hiss etdim:) Bəzən evdə nənələr, babalar hirslənib telefonların qarasınca danışırlar. Bu qutuları görürsünüzmü? Bunlar hamısı puldur:)
Doğru deyirlər, puldur. Məsələ burasındadır ki, özləri də telefon olmadan keçinə bilmirlər. Bundan sonra həyatı mobil əlaqəsiz təsəvvür etmək mümkün belə deyil. Görürsünüzmü, bax bu kəlmələri də sizə kompyuterdə yazıram. Yaşasın texnoloji. Gün o gün olsun ki, STEEMİTDƏ yaxşı qazanıb özümə IPhone markalı telefon ala bilim. Mənə səs verəcəyiniz üçün əvvəlcədən təşəkkürlər 😊. Müsabiqədə iştirak etmək üçün @revan746 və @famil i dəvət edirəm.
How possible is that, in this century, it is unimaginable, to be without a cellphone or a connection, I pray the day will come when you will have the resources to get an iPhone, an iOS device is really a good mobile device
Nice entry you provided here
Best of luck
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Thanks for reading and commenting. I hope so 😊
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
You are welcome mate
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Çox maraqlı və istifadəsini necə lazımdı etdiyin texnologiyanın imkanlarını elə anlatdın ki, lap həvəsləndim post yazmağa. 😀
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Təşəkkürlər. Sizin postu səbirsizliklə gözləyirəm. 😊
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Waoo you have written well about your technology and you have high taste which is so beautiful
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Rəy bildirdiyiniz üçün təşəkkür edirəm 😊
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
What a laugh your publication but it is true you say you can live without technology without a telephone, because even in the bathroom it accompanies you to listen to music, work, take photos, interact, the technological advance has stayed and every day we will want more!
Greetings and success!
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
It is impossible to live without a mobile phone. They are with us at every stage of our lives.)
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
😉🙋♀️😝Cuidate mucho, disfruta de la tecnologia y de steemit!
Saludos
😉🙋♀️😝Take care of yourself, enjoy technology and steemit!
Cheers
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Təşəkkürlər oxuduğunuz üçün. Thanks 😊
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Wow this is a beautiful post. I have learned of a new brand of phone called fly. This is the first time of seeing this brand.
You have used quite alot of technological appliances. I wish you luck in the contest
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
This is my grandmother's phone. He did not use the Internet)
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
I pray you earn enough on steemit to buy your dream iphone
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Çox təşəkkür edirəm. Thanks 😊
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Is there a reason why you like the iPhone?
I know you are a painter so you might like it because of the camera quality or something else🤔. Or do you like it because of the hype 😂.
The galaxy A22; a phone that I will probably buy in the future but if I get money for the flagships why not. Am currently using a Samsung A10s because I love Samsung phones so much . I use an iPhone as well. Samsung and iPhone are the 2 phones I love and will always wanna use them.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
like to take quality photos. Isn't the iPhone the most suitable for this?) Samsung is not bad either)
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
So much money. If we take inventory of the amount of money we have spent just on mobile phones, we won't believe how much we have spent. I hope you get the earn the money you need for an iphone. Wish you luck!
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
I completely agree with you. We spend a lot of money on phones. Thanks for the feedback.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
You are welcome 🤗
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit