Həyatda ən gərəkli mövqe..

in hive-131355 •  3 years ago 

Həyatda ən gərəkli və düzgün mövqe - kimliyinin insanın özünə aşikar olmasıdır. Bəli özünə. Ətrafına olmasa da olar.

IMG_20211207_211100.jpg

Sən bilirsənsən ki, KİMsən. Necə insansan. Hansı səviyyədə dibdə və hansı dərəcə yüksəklikdəsən. Ensən və ya qalxsan nə qədər zərər-ziyanın olar. Bunu ölçə bilirsən. İnsanların özündənrazıdır, zəif xarakterlidir , emosionaldır və ... dediklərinin heç biri artıq sənə təsir etmir. İçində bir rahatlıq duyğusu daşıyırsan. Haqlı yerə həmdə. Çünki səni sən edən hadisələr bir bir gəlir gözünün önünə. Atdığın addımlar, verdiyin qərarlar, haqlı olaraqdan qoruduğun sükut və hətta xəbərləri olsa bəlkə də haqqında "bu lap şir ürəyi yeyib ki" deyəcəkləri məğrur mübarizələrin. Bunların hamısından üzüağ, alnıaçıq çıxmış insan niyə başını uca tutmasın axı ?! Sadalananların yarısını belə etməyə gücü olmayan içibomboş insan cildində yaradılışların dediyi bir iki fikir, ortaya atdığı atmaca və ya süzgün bir baxış axı niyə bir insanın kefini korlasın ki ?! Məgər bu can bu qədər asan mı əldə olunub? .Yox əzizim. Özünün fərqində olan kimsə ÖZÜNDƏN şübhə duymur. Bəzi məqamlar ola bilir ki sən dayanasan, düşünəsən, analiz edəsən. Amma artıq fikrini toplandığında bir daha əmin olursan ki, olduğun mövqe sənin layiqindir.

Və bu andan başlayır sakitlik... rahatlıq, hüzur. Sən isə asta - asta həyata qaldığın yerdən davam edirsən. 🌿

IMG_20211207_205456.jpg

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Şəkillərə bayıldım🤩

🌷

Gözəl post üçün təşəkkürlər

🌷