Zəfər bizimdir..

in hive-131355 •  3 years ago 

Bunu keçən il "müharibə bitir, artıq hərşeyə son qoyuldu" xəbərini eşidərkən yazmışdım.. Üstündən düz bir il zaman keçib.. Oxuyarkən yenə də içimdə eyni kədər, hüzn bir-birinə qarışdı..

IMG_20211108_235729_629.jpg

"Min kərə şükür olsun! 🇦🇿🇦🇿🇦🇿

İçimdə o qədər qəribə hislər bir birinə qarışıb ki... Bilmirəm hansı birini deyim, nə cür ifadə edim...
ŞƏHİDLƏRIMIZ, əbədiyyən qəlbimizdə yaşayacaqsınız 🖤 Sizlərin qanı, canı bahasına alınan bu qələbə bizim bir ömür boyu yaddaşımıza həkk olundu. Ruhunuz şaddır indi, o qədər inanıram ki buna...

Bütün anaları, bacıları, yar yolunu gözləyən əzizləri səmimi qəlbdən təbrik edirəm! Yaradan bizləri bir daha müharibə , can itkisi, faciə və bənzəri ağır yaşantılarla sınamasın diləyirəm 🙏 Çox çətindir... Aldığımız hər şəhid xəbəri, atılan raketlərin geridə buraxdığı yarımçıq ailələr, gözüyaşlı analar... Bir tərəfim sevincdən az qalsın uçur, digər yanım isə kədər içində boğulur...

Bu tarixin canlı şahidi olmaq... Onun bir parçası olmaq... Birlikdə düşünmək , birlikdə dua etmək, birlikdə ağlamaq, birlikdə sevinmək... Bunların hamısı möcüzəyə bərabər hisslərdir ❤️

IMG_20211108_235653_307.jpg

Yaradan mərdliyi, cəsarəti, sevinci daima Yurdumun insanı ilə bir etsin! Dünyalar qədər amin 🙏🇦🇿 "

IMG_20211108_235708_034.jpg

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Amin inşallah 🙏..
Zəfərimiz mübarək.. Daimi olsun ❤️

Amin..