PƏMZOƏ / ATAMOĞLU

in hive-131355 •  3 years ago 

Dolandım hər yeri, Talış elimin,
Tayı, bərabəri yoxdu, pəmzoə.
Bir kəndidir Veri, Talış elimin
Cənnətdən nişanı çoxdu, pəmzoə.

Eramızdan əvvəl Vera şəhəri,
Strabondur verən bundan xəbəri.
Jak de Morqan gəlib etdi səfəri,
Qəbirlər dağıtdı, çıxdı , pəmzoə!

Göstərərək saxta sevgi insana,
Sadə insanlar əl tutdu Morqana.
Daşıdı əmlakı Firəngistana.
Babalarmız çönüb baxdı, pəmzoə!

Burda saxtakarlar girdi yarışa
Haqqı yox talışın haqqa qarışa!
Deyirlər yağış çox yağır Talışa
Göyündən göz yaşı axdı, pəmzoə!

                  *    *    *

Sovetin dirəyi hələ də dözür,
Amma sakinləri dözməyir, bezir.
Qalanlar getməyə fürsəti gəzir,
Bu gediş qəlbimi sıxdı, pəmzoə!

De harda var belə şux mənzərələr?
Bu zumrud meşələr, dağlar, dərələr...
Yurda üz çevirən üzüqərələr
Ata ocağların yıxdı, pəmzoə!

Dönək yurdumuza, el abad olsun,
Ruhu əcdadların xürrəm, şad olsun.
Könül qəm-qüssədən qoy azad olsun,
Hicran Mirfayazı yaxdı, pəmzoə!

Mirfayaz Likməkani
Ğazəxıstan

20211124_122904.jpg

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Təsirlidir....

Təşəkkür. "Pəmzoə" başa düşüldü?

Anladım sanki.))))