SÖZÜ

in hive-131355 •  3 years ago 

Nə qədər ki hələ söyləməmisən,
Keçir yaxşı-yaxşı nəzərdən sözü.
Sözə hörmət elə o kütləşməsin,
Çalış salmayasan kəsərdən sözü.

Kimi nə ağlına gəldi, danışdı,
Mənasın bilmədi-bildi, danışdı.
Danışdıqca elə güldü danışdı,
Saldı zalım oğlu dəyərdən sözü.

Olsa da mücərrəd, sözü dəqiq ver,
Ona uyğun sənə veriləcək yer.
Ölç-biç, götür-qoy, bir də çək-çevir,
Hazırla axşama səhərdən sözü.

Sözü söyləməmiş sahibkarısan,
Söylədinsə getdi, əsirgarısan.
Mirfayaz sən də söz xiridarısan,
Cilala şeirlə de hərdən sözü.

Mirfayaz Likməkani
15.12.2021

received_1526617364103708.jpeg

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Bizim aləmdə KƏLMƏ KƏLMƏDÜ QƏDEŞ🤨😎🐺

Canınız sağ olsun qardaş...

Bahəm.

Hər bir sətri məna dolu.👍

Diqqətinizə görə var olun.

Çox sağ olun.