Salam dostlar. Sizlərlə bölüşmək istədiyim mövzu bir çoxumuzun problemi olan oxuduğumuz şeyləri yadda saxlaya bilməməyimizdir. İnternetdən bununla bağlı çox araşdırmalar etmişəm və bu araşdırmalar nəticəsində gəldiyim nəticələri sizinlə bölüşmək istəyirəm. Sizə oxuduqlarınızı yadda saxlamanız üçün 5 məsləhət verəcəyəm. Gəlin başlayaq..
- Əvvəlcə gözdən keçirin.
Kitaba başlamadan öncə oxuduğunuz material haqqında əsas anlayış əldə edin. Kitabın öyrətmək istədiyi şeyləri başa düşün,önəmli başlıqları gözdən keçirin, kitab haqqında qısa video izləyin və ya qısa xülasəsini oxuyun. - Niyyətlə oxuyun.
Unutmayın ki, bu kitabı oxumağınızda bir məqsəd var. Bunu ciddiyə alın və nə oxuduğunuza fokuslanın. Bunun üçün diqqət yayındırıcılardan uzaq durun, digər hissəyə keçməmişdən öncə nə oxuduğunuzu anladığınıza əmin olun, oxuduğunuz zaman başqa işlərlə məşğul olmayın. - Qeydlər götürün.
Oxuduğunuz hər bir bölmənin öz sözlərinizlə qısa xülasəsini yazın(kağız və qələmdən istifadə etmək daha məqsədəuyğundur, çünki yazanda daha yaxşı yadda saxlayırıq) və özünüzə ən uyğun olan qeyd götürmə metodu tapın. - Öyrəndiklərinizi tətbiq edin.
Mümkündürsə, kitabdan öyrəndiklərinizi həyatınızda tətbiq etməyə başlayın. Unutmayın ki, təcrübə ən yaxşı müəllimdir.
- Sonuncu olaraq, “təkrar biliyin anasıdır” misalından irəliləsək, onu deyə bilərəm ki, təkrar etmək lazımdır, çünki bir şeyi bir dəfə gördükdə yadda saxlamaq çox çətindir. Qeyd olaraq onu bildirim ki, təkrar üçün kitabı yenidən oxumağınıza ehtiyac yoxdur, xülasələrini və götürdüyünüz qeydləri periodik olaraq yenidən gözdən keçirə bilərsiniz.
Yeni postlarda görüşmək diləyi ilə,
İki cür yaddaş var.İradi yaddaş qeyri iradı yaddaş. İradı yaddaş nəyisə yadda saxlamağa çalışırıq yadda qalmır.Qeyri iradi yaddaş isə bizə lazım olmayan məlumatların yaddaşımıza asanlıqla həkk olunmasıdır.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit