Bəzi insanlar vardır, hansı ki, bir çox insanın həyatı onların ucbatından məhv olur. Mən bu insanları bir növ həyatımızın parazitləri adlandırardım. Bəli! Həqiqətən də parazit funksiyasını yerinə yetirirlər. Bəlkə də, onlara görə bir çoxunuz, asosialsınız, özgüvən əksikliyiniz var və ya var olan potensialınızın fərqində belə deyilsiniz. Bu insanları iki cür dəyərləndirmək olar. Ya həqiqətən müəyyən bir sahədə uğurları vardır, amma eqolarına məğlub olublar və ya həyatda heç bir öhdəliyi, nailiyyəti olmamasına rəğmən, başqalarına qırıcı bir şəkildə "fikir" bildirənlər. Siz nə qədər də irəli getsəniz, onlar yenə də sizi daha yaxşılarla müqayisə edəcək və bu da sizi geri çəkilməyə vadar edir. Təəssüflər olsun ki, mən də vaxtilə bu kimi təsirlərə çox məruz qalmışam. Hal-hazırda belə özümü nə qədər inkişaf etdirməyə çalışsam da, yenə də əksik hiss edirəm.
Əslində, bir növ belə düşünmək, yaxşıdır. Stəkanın dolu tərəfindən baxsaq, yəni öyrənməklə, kifayətlənməyib, daha çox öyrənməyə çalışıram. Amma hər kəs belə düşünməyə bilər, əksinə özünü zəif hiss edib, tamamilə geri çəkilər. Bu cür təsirləri necə dəf etdim? İlk olaraq özümə zaman ayırdım, mənfi fikirlərə deyil, özümə fokuslandım. "Mən hal-hazırda nə edirəm, gələcəkdə nə edə bilərəm?" "Hansı mövzularda özümü inkişaf etdirə bilərəm" Özümə gündəlik bu kimi suallar verirdim . Daha sonra mənfi fikirlərinə məruz qaldığım insanlara baxdım "Onlar nə haqqla məni alçaldırlar?" "Özləri nəyə qadirdirlər?" Bəli, bəzi insanlar həqiqətən fikir və irad bildirmək məsələsini tamamilə yanlış anlayıb, alçaltma həddinə çatırlar. Beləliklə, mən bütün suallarıma cavab tapdıqdan sonra hərəkətə keçdim və indi də xeyriji görürəm. Sadəcə düşünməklə heç nə əldə etmək olmur, sıfırdan olsa belə, başlamaq lazımdır, dostlar.) Təəssüf ki, indi də bir çox mövzuda özgüvən əksikliyim var, istər görünüşcə,istər həyatda atmaq istədiyim addımlar baxımından. Amma bir düşünsək, mən niyə axı kimdənsə yaxşı olmalıyam ki, mən özüm olmaq istəyirəm. Məni mən edən öz fikirlərim, zövqlərim,seçimlərim, hərəkətlərimdir. Kimsə mənim zövqümü bəyənmirsə, bu o demək deyil ki, zövqüm pisdir. Mən kiminsə, standartlarına uyğun gəlmək məcburiyyətində deyiləm.Bəli ,onu da vurğulamalıyam ki, bəzən bizim görmədiyimiz səhvləri və s.ətrafımızdakı insanlar fərqinə varmağımıza vasitəçi olur.
Amma çalışaq ki, yalnız müsbət və bizə həqiqətən xeyri dəyəcək fikirləri önəmsəyək. Əminəm ki, həyatınızda yaxşı mənada böyük irəliləyişlərə səbəb olacaq.Fikirləriniz maraqlıdır. Hər kəsə bu yolda uğurlar, oxuduğunuz üçün təşəkkürlər. Görüşənədək!)
😚🤝
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
❤🤗
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Ona görə də hamının fikrini dinləyib sonda öz bildiyini etmək daha rahat gəlir insana. Davamı gəlsin Nərgiz əladı 👍😉
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
məntiqlə hərəkət etdikdə nəticəsi yaxşı olur, çox sağol Urfan🤝🏼😊
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit