Ətalət qanununu bizə məktəbdə fizika dərsində keçiblər. Cismə başqa cisimlərin təsiri olmadıqda sürətin saxlanması hadisəsinə Ətalət deyilir. Ətalət hərəkətsizlik, süstlük, faliyətsizlikdir. İnsanında ətalətdə olduğu zamanlar olur. Bədənin və beyinin ətalətdə olması insanı məhv edir. Məsələn: İstiyirsənki nəsə bir iş görəsən amma tənbəllik edirsən. Həvəsin olmur durmağa. Ayağın əlin belin yorğun olur. Bilirsən nə eləməli olduğuvu, hara getməli və nə işlə məşğul olmalı və getsən nələr qazanacagivi əgər getməsən nələr itirəcəyivi anlayırsan amma bədən reaksiya vermir bax bu bədənin ƏTALƏTİDİR.
Birdə varki bədən istiyir hərəkətlidir amma beyin sönüb. Düşünə bilmir, qərar qəbul edə bilmir. Fikirləri almaq bullaqdir, qərarsizdir. İstiyir nəsə eləsin amma hardan necə edəcəyini kəsdirə bilmir. Buda beyin ƏTALƏTİDİR. Ona görədə nə beynimizi ətalətdə saxlayaq nədə bədənimizi. Beynimizi və bədənimizi necə öyrətsək necə tərbiyə eləsək o cür də davam edcik. Hərəkətə keçmək lazımdır. Özümüzü məcbur etməliyik hərəkət etməyə.