Steemit. Gözəl günlər görəcəyik

in hive-131355 •  3 years ago 

Salamlar, gözəl insanlar.
Deməli, son günlər mətbuat və sosial şəbəkələr hər kəs iqtisadi krizdən yazırlar, dünya batır, Türkiyənin lirəsi kəllə-mayallaq gedib, hələ də gedir, kimsə ona "dur" deyə bilmir. O günlərdən Azərbaycan üçün də var. Bildiyimiz kimi Azərbaycan manatı da dayanıqlı valyuta deyil, hər an dünya bazarında neftin qiymətinin ucuzlaşması bizi də uçuruma apara bilər, manat da kəskin şəkildə dəyər itirə bilər. Elə hiss olunur ki, manatın ucuzlaşmasının ayaq səsləri bu gündən eşidilməyə başlayıb.
Ənənəvi sahələr öz yerini onlayn sektora verməyə məcburdur.
Steemit Azerbaijanda yazıb-yaradan hər kəs şanslıdır. Bu bizim onlayn sektorda yer tutmamız üçün giriş biletimizdir. Dünya elə bir yerə gedir ki, siz istehsal etmədən ayaqda qalmaq çətinləşir, zorlaşır. Biz də burda öz fikirlərimizdən, düşüncələrimizdən nələrsə yaradırıq, yazı halına salırıq, bu da bizim istehsal müəssisəmizdir. Ən rahat və ən çətin. Çətini sadəcə yazmağa başlamaqdır. Burdan yazılarınıza 1 sent belə dəstək gəlirsə bunu uğur hesab edə bilərsiz.
Çöldə, soyuqda işləmirsiz ki? Rahat, isti evdə, rahat divanda yazın yaradın.

IMG-20211124-WA0003.jpg

Sosial şəbəkələrdə vaxtınızı dəyərləndirin, sadəcə vaxtınızı ayırıb bir saatını əlavə iş kimi Steemit üzərinə yönləndirin. Bu gün az qazana bilərsiniz, zamanla sizə geri dönüşü mütləq olacaq.

IMG-20211123-WA0012.jpg

Ömürdən gedir, darıxmayım deyə çinarın fotolarını da çəkib atırlar.

Deyirlər, qış da sərt gələcək, son yüz ilin ən sərt qışı zad.

Komunal ödənişlər çoxalır, ölkə olaraq Steemit üzərinə keçmək lazımdır. Niyə yaxın dostun burda deyil? Sualına cavab axtarmağın zamanıdır. Hər kəs gələrsə bizim səsimizi bütün dünya görə bilər. Su pulunu da ödəmiş olarıq. 43 manat su pulu olar, a kişi?

IMG-20211110-WA0006.jpg

Çayın başında div oturub qoymur ha kənd su içsin, həmin söhbətdir. "Filan şey su qiymətinədir" söhbəti tarix olub.

Steem alın, bizimlə qalın, su için!!!

@revan746

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Gəl, adam, gəl artıq 😊(bu smaylikin ən "səmimi" smaylik olduğunu da bilməmiş deyilsən:)

Hə, yanaqlarına rəng vuran smaylik tipi.

filan şey su qiymətinədi həqiqətən öldüdə o söhbət😀😊😏

Kriptoman qızıl xırdalayıb və online sektor barədə fikrinlə razıyam
Bəlkə də məni bura intuisiya gətirib ki, indidən başımızın çarəsinə baxaq) Tl ölür)

Suyun qiymətinə nəzər saldıqda nəticə olaraq deyə bilərikki neftin ucuzlaşmağının bizə elədə təsiri olmaz. Neft ucuzlaşsa suyu barelnən satarıq çxarıq vəzyətdən.