Hərfi mənada “yeddinci” mənasına gəlsə də, niyə sentyabr ilin doqquzuncu ayıdır?
Sentyabr doqquzuncu aydır, lakin onun adı latınca "yeddi" mənasını verən "septem" sözündən götürülüb. Eynilə, oktyabr, noyabr və dekabr aylarının adları da latın dilində 8, 9 və 10 rəqəmlərindən gəlir. Məsələ burasındadır ki, qədim Romada il martın 1-dən hesablanırdı və ayların adları sıra nömrələrinə uyğun gəlirdi. Və Yuli Sezarın dövründə təqvimin başlanğıcı yanvarın 1-nə geri çəkildi, lakin ayların adını dəyişmədilər.
Araşdırmaya baxdıqda görünür ki, bütün dünya yazın gəlişini həmişə ilin başlanğıcı hesab edib. Yuli Sezarın başına at təpən vaxtları olub, götürüb yanvarın birindən başlayıb ki, bəlidir. Narazı olan varsa çıxsın qabağa.
Narazı olanlar başlarını bədənlərindən kənarda görüblər. Bəy deyən ayın dişinə baxmazlar və ya sayına.
Daha maraqlı araşdırmalardan xəbərdar olmaq istəyirsinizsə bizi izləməyə davam edin.